Qırğızıstanın rəsmi bayrağında dizayn dəyişikliyi edilib.
Elchi.az xəbər verir ki, Paytaxt Bişkekdə keçirilən mərasimdə Qırğızıstanın bayrağının dizaynında edilən dəyişikliklərlə yeni dövr başlayıb.
Mərasimdə parlamentin sədri Nurlanbek Şakiyev, Nazirlər Şurasının sədri Aklikbek Caparov, dövlət katibi Suyunbek Kasmambetov, fövqəladə hallar naziri Boobek Ajikeyev, Baş Qərargah rəisi Ruslan Mukabetov, Bişkek Böyükşəhər meri Aybek Cunuşəliyev, Jusup Matayev və Bekbosun Jaychimon iştirak ediblər.
Mərasimdə hərbi orkestr Qırğızıstanın Dövlət Himnini səsləndirib, əsgərlər nəhəng bayrağı qaldırıblar. Prezident Sadir Caparovun 2023-cü il dekabrın 22-də təsdiq etdiyi “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında qanuna dəyişiklik edilməsi haqqında” təklifi çərçivəsində ölkə bayrağındakı dalğavari günəş şüaları yastılaşdırılıb.
Ölkənin əvvəlki bayrağı vəfasızlığı və qulluğu təmsil etdiyi düşünülən günəbaxanı xatırlatdığı üçün tənqid hədəfinə çevrilib və səs çoxluğu ilə dizaynının dəyişdirilməsinə qərar verilib.
Nuranə Məmmədova