Qırğızıstan prezidenti Sadır Japarov Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) sədri, Nazirlər Kabineti sədrinin müavini Kamçıbek Taşiyevdən sonra Təhlükəsizlik Şurasının katibi Rüstəm Mamasadıykovu da vəzifəsindən azad edib.
Elchi.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Rüstəm Mamasadıykov Qırğız Respublikasının Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib”, — deyə məlumatda bildirilir.
Digər prezident fərmanı ilə o, Dövlət Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini təyin edilib.
Məryəm





















