İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 54 nəfər artaraq 61 min 776 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlamada İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 10 min 251 fələstinlinin həyatını itirdiyi, 42 min 865 nəfərin isə yaralandığı bildirilib.
Qeyd edək ki, mayın 27-dən bəri İsrail və ABŞ-ın rəhbərlik etdiyi Qəzzada yardım paylama məntəqələri adlanan fələstinliləri hədəf alan sistematik hücumlarda 1881 nəfər ölüb, 13863 nəfər yaralanıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında daha 4 fələstinli aclıqdan ölüb və bununla da 106-sı uşaq olmaqla, ölənlərin sayı 239-a çatıb.
Nuranə Məmmədova


















