“Qazprom” Azərbaycanla sərhəddə stansiyalar tikəcək

71

Rusiyanın “Qazprom” şirkəti Azərbaycanla sərhəddə doldurma kompressor stansiyaları tikməyi planlaşdırır.

“Elchi.az” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Məlumata görə, Dağıstanda Şimal-Cənub nəqliyyat dəhlizinin marşrutu üzrə beş ədəd CNG doldurma kompressor stansiyaları tikiləcək.

“2030-cu ilin sonuna qədər şirkət Şimali Qafqaz Federal Dairəsinin aşağıdakı regionlarında qaz doldurma qurğularını yerləşdirməyi planlaşdırır: Stavropol diyarı, Şimali Osetiya-Alaniya Respublikası, Çeçenistan Respublikası və Dağıstan Respublikası. Obyektlərin tikintisi planlı yükləmə nəzərə alınmaqla bir neçə mərhələdə planlaşdırılır”, – deyə məlumatda bildirilib.