“Qazprom 2022-ci ildə 412,6 milyard kubmetr qaz hasil edib ki, bu da 2021-ci illə müqayisədə 20% azdır”.
Elchi.az “Vesti.ru”-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller bildirib.
“2021-ci ildə “Qazprom” 514,8 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 milyard kubmetr çoxdur. 2021-ci ildəki göstərici son 13 ilin ən yaxşısı olub.
Bununla yanaşı, 2022-ci ildə “Qazprom”un ixracı 100,9 milyard kubmetr qaz təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 45,5% azdır.
2021-ci ildə qaz ixracı 185,1 milyard kubmetr təşkil edib ki, bu, şirkətin tarixində dördüncü ən böyük göstərici olub. Beləliklə, 2022-ci ildə şirkət qaz ixracını 84,2 milyard kubmetr azaldıb”,-deyə Miller vurğulayıb.
Yeganə