Hökumət başçısı “gürcü xalqına dərs deyən” avropalı deputatlara müraciət edib.
Elchi.az xəbər verir ki, Respublikanın baş naziri İrakli Qaribaşvili ölkə hakimiyyətinin xarici maraqlara xidmət etdiyi dövrün başa çatdığını elan edib. Belə ki, siyasətçi keçmiş prezident Mixail Saakaşvilini azad etməyə çağıran Avropa Parlamentinin deputatlarına cavab verib.
“Hər kəsə demək istəyirəm ki, ölkədə siyasətçilərin və hakimiyyətin xarici dövlətlərin maraqlarına xidmət etdiyi dövr başa çatıb. Biz Gürcüstanın maraqlarına xidmət edirik. Qoy bunu hamı yaxşı xatırlasın və bizim daxili işlərimizə qarışmağa çalışmasın”, – deyə Gürcüstan hökumətinin başçısı həmin avropalı deputatlara və “gürcü xalqına mühazirə oxuyan korrupsioner bürokratlara” müraciət etdiyini qeyd edib.
Şayəstə