Gürcüstanla Azərbaycan arasında sıx iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq və ən əsası dostluq münasibətləri mövcuddur.
Elchi.az Gürcüstanın Birinci Kanalına istinadn xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın hökumət administrasiyasında keçirilən iclasında deyib.
İrakli Qaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstanla Azərbaycan arasında son illər və əsrlər boyu sınaqdan çıxmış münasibətlər unikaldır.
“Bizim möhkəm dostluq və mehriban qonşuluq münasibətlərimiz var. Biz şadıq ki, bir neçə həftə əvvəl İlham Əliyevi qəbul etdik və bu, Gürcüstana çox mühüm səfər idi. Biz cari strateji layihələri müzakirə etdik və bu gün haqqında danışmağa davam edəcəyimiz planları müəyyən etdik.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, son vaxtlar birgə komissiyanın iclasları daha da fəallaşır. Mən keçən il bu komissiyada iştirak etmək şərəfinə nail olmuşam. Onu da qeyd edim ki, bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini simvolik olaraq qeyd edəcəyik. Xalqlarımız, ölkələrimiz arasında tam qarşılıqlı anlaşma, dostluq mövcuddur və bu əlaqələr getdikcə daha da möhkəmlənir. Deməliyəm ki, nümunəvi tərəfdaşlıqla biz Cənubi Qafqazın daha stabil olmasına öz töhfəmizi verəcəyik. Bu, bizim ümumi məqsədimizdir, daha böyük iqtisadi inkişafın və xalqlarımızın rifahının əsasına çevriləcək sabit region görmək bizim ümumi istəyimizdir” – deyə, Qaribaşvili bildirib.
Şayəstə