Şəki rayonunda qardaş bacısını bıçaqlayıb.
Şəki şəhəri, Şəhriyar küçəsi, ev 24 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Bayram Mustafa oğlu Məmmədov ailə münaqişəsi zəminində bacısı, 1952-ci il təvəllüdlü Zöhrə Mustafa qızı Məmmədovanı bıçaqlayıb.
Qardaş bacısının boğaz nahiyəsindən vurub. Ağır xəsarət alan Zöhrə Məmmədova xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, insident mülk üstündə baş verib. Bacısını bıçaqladıqdan sonra qardaş hadisə yerindən qaçsa da çox keçməmiş polis onu yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır (ANS).