Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında kütləvi iğtişaşlarla bağlı daha 14 nəfər saxlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
Onlar Qaraqalpaqın paytaxtı Nukus şəhərində saxlanılıblar. Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl iğtişaşlarla bağlı 500-dən çox şəxsin saxlanıldığı bildirilib.