"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qarakənd faciəsindən 26 il ötdü

20 Noyabr 2017 - 10:21
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap
Qarakənd faciəsindən 26 il ötdü
Bu gün 1991-ci ildə Azərbaycan siyasi elitasının faciəvi ölümündən düz 26 il ötür.

Elchi.az 20 noyabr faciəsini bir daha xatırlatmağı özünə borc bilir.

Bunu da oxuyun

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

Sabahın hava proqnozu açıqlanıb

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər.

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.

Rayon komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına “Aşanak” kolxozunun Heyvandarlıq Birliyinin sədri Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən “Krunk” təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Yeseyan, “Yevkrapa” cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatavis Baqramyan və bir də qərara alınmışdı ki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun.Məşvərət lentə alınmalı və respublika televiziyasının “Günün ekranı” xəbərlər proqramında göstərilməli idi. Saat 13:40 dəqiqədə Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar vertolyota minmirlər.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır.1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır.Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır.Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır.

Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir.Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil salınır.Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirməliydi. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir — Dağlıq Qarabağ təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov.

1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur.Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər – 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot – Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.

Bəzi araşdırmalarda göstərilir ki, 1991-ci ilin noyabrın 20-də vertolyotu idarə edən 26 saylı Mİ-8 vertolyotunu idarə edən kapitan Gennadi Domov adlı pilot 1984-cü il martın 26-da Əfqanıstanda Cəlalabadın “İslam cəmiyyəti”-nin Mömin Camalxanın dəstəsi tərəfindən idarə etdiyi Mİ-8 vertolyotu ilə birgə vurularaq öldürülüb.

Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotun rabitə əlaqələri kəsilir. Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür. Lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin “qəza” kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi.

Həlak olanların dəfni 1991-ci ildə noyabrın 22-də Bakıda keçirilib.

Previous Post

Qarakənd faciəsindən 26 il ötdü

Next Post

Bu günə olan valyuta məzənnələri — RƏSMİ

Bənzər yazılar

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanmış Məkkə Sazişi qarşılıqlı müdafiə prinsipinə əsaslanır. Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti...

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi mərhələsində olan abituriyentlərə tövsiyələr verib. Elchi.az xəbər verir ki, o, abituriyentlərin...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

17 Avqust 2026 - 12:30

Sabah Azərbaycanda hava necə olacaq? Avqustun 18-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda...

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

17 Avqust 2026 - 11:06

Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Elchi.az-a verilən məlumata...

Next Post

Bu günə olan valyuta məzənnələri — RƏSMİ

Bu günə olan valyuta məzənnələri — RƏSMİ

Son xəbərlər

Aİ Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini hazırlayır

Aİ Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini hazırlayır

17 Avqust 2026 - 15:00
Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53
Bu gün “Qarabağ”ın matçı var

Bu gün “Qarabağ”ın matçı var

17 Avqust 2026 - 14:44
Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30
DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

17 Avqust 2026 - 14:14
“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 2026 - 13:45
İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

İxtisas seçimi ilə bağlı vədlərə inanmayın!

17 Avqust 2026 - 13:30
İstanbul aeroportu rekord qırıb

İstanbul aeroportu rekord qırıb

17 Avqust 2026 - 13:16
Çin yeni bir peyk buraxıb

Çin yeni bir peyk buraxıb

17 Avqust 2026 - 13:00
Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

17 Avqust 2026 - 12:52
Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

17 Avqust 2026 - 12:43
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

17 Avqust 2026 - 12:30
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust 2026 - 12:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.