"Qarabağ"la "Neftçi"nin növbəti Avropa sınağı
Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” və “Neftçi” də Avropada növbəti sınağına çıxır. Ağdam klubu Bakıda Hollandiyanın “Tvente” komandasını qəbul edəcək. “Neftçi” isə Serbiyada “Partizan”la üz-üzə gələcək.
Avropa Liqası, pley-off mərhələsi (ilk oyun)
21 avqust
21:00. "Qarabağ"-"Tvente"
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
23:15. "Partizan"-"Neftçi"
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə).
Belqrad. "Partizan" stadionu.