“Qarabağ”ın futbolçusu millimizin heyətindən çıxarıldı

🗓 19.03.2024 18:18 ✍️ "Elçi" qəzeti
“Qarabağ”ın futbolçusu millimizin heyətindən çıxarıldı
Azərbaycan millisinin heyətində dəyişiklik olub. Bunu AFFA-nın mətbuat xidməti məlumat yayıb. FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində mübarizə aparacaq yığmanın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna “Qarabağ”ın yarımmüdafiəçisinin zədələnməsi səbəb olub.
Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bənzər yazılar