"Qarabağ"ın futbolçusu Fransa klublarına keçməkdən imtina edib

🗓 02.04.2024 17:25 ✍️ "Elçi" qəzeti
"Qarabağ"ın futbolçusu Fransa klublarına keçməkdən imtina edib

"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransanın Liqa 2 klublarına keçməkdən imtina edib. Elchi.az “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçinin özü bildirib. O, bu çempionatdan təkliflərinin olduğunu söyləyib: "Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir". Qeyd edək ki, Əlcəzair millisinin üzvü 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinir. Onun "köhlən atlar" ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

Bənzər yazılar