UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” Futbol Klubu avqustun 22-də Çexiyaya yollanacaq.
Klubun rəsmi saytı xəbər verir ki, komandamızı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Xatırladaq ki, ilk matç 0:0 hesabı ilə yekunlaşıb.
“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq
Bu gün qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Elchi.az xəbər verir ki, Azərbaycan çempionu III...





















Son şərhlər