Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında söhbətlərin yekunları göstərir ki, İrəvan Zəngəzur dəhlizində Ermənistanı gömrük məntəqəsinin yaradılması müqabilində Qarabağda separatçı layihəni bağlamağa hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Petrov bildirib.
O qeyd edib ki, Qarabağ separatizmi daha Paşinyana xeyir gətirmir:
“Ermənistanın Baş naziri Nikol Paşinyan Münhendə gözdən pərdə asmaq üçün Laçın yolunda vəziyyət barədə feyklər uydursa da, əslində, Qarabağ mövzusunun Ermənistan üçün tədricən bağlanması kursunu seçib. Gözlənildiyinə görə, yaxın vaxtlarda Azərbaycanın Laçın rayonuna Ermənistan tərəfdən girişdə Azərbaycan gömrük məntəqəsi yaranacaq, Bakı isə Qarabağ İqtisadi Rayonunda yaşayan ermənilərin pasportlaşdırılmasına başlayacaq”.
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır
Son 14 ay ərzində ABŞ və Azərbaycan arasında münasibətlərdə həqiqətən də əlamətdar bir dövr yaşanır və bunu yüksək qiymətləndirirəm. Elchi.az...





















Son şərhlər