“Qarabağ” “Sevilya”nın keçmiş hücumçusunu alır? - FOTO

🗓 22.05.2025 17:57 ✍️ "Elçi" qəzeti
“Qarabağ” “Sevilya”nın keçmiş hücumçusunu alır? - FOTO

Ölkə çempionu "Qarabağ" yeni mövsüm üçün transfer çalışmalarına indidən başlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, komanda rəsmiləri Polşa"Legiya"sında forma geyinən ispaniyalı hücumçu Mark Qual ilə danışıqlara start verib.

"Qarabağ"ın sözügedən transfer üçün 500 min avro büdcə ayırdığı bildirilir.

 

Xatırladaq ki, Qual İspaniyanın "Sevilya", "Saraqosa", "Jirona" kimi klublarının formasını tərlədib.

Hüseyn

Bənzər yazılar