"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qarabağ qazisi prezidentə müraciət etdi

28 Fevral 2015 - 12:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Qarabağ qazisi prezidentə müraciət etdi

Bunu da oxuyun

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

Bir neçə gün əvvəl İmişli rayon sakini, 2-ci qrup Qarabağ əlili Tariel Adışirin oğlu Şirinli QAZİLER.AZ saytının redaksiyasında olmuşdu. O, 1992-ci il martın 19-dan 1993-cü ilə qədər Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Xalq arasında “Küdrü qartalları” kimi tanınan İmişli könüllü dəstəsinin komandiri olub. Hal-hazırda heç bir yerdə işləməyən, kirayədə yaşayan T.Şirinli növbədənkənar mənzil təmin olunması ilə bağlı İmişli rayon icra hakimiyyətinə ünvanladığı ərizənin saxtalaşdırılmasından şikayətçi idi.

Dəfələrlə aidiyyatlı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. Şikayətçi 2009-cu ildə İmişli İcra Hakimiyyətinin mənzil komissiyasına müraciət edərək güzəştli şəxs kimi mənzillə təmin edilməsini xahiş edib. Lakin icra hakimiyyətindən onun müraciətinə heç bir rəsmi cavab verilməyib. Sonradan məlum olub ki, Tariel Şirinlinin adı nəinki növbədən kənar, ümumiyyətlə, güzəştli şəxslər üçün nəzərdə tutulan mənzil növbəsinin siyahısında yoxdur. Qarşılaşdığı problemlə bağlı, Azərbaycan Respublikasının Ombudsmanına, o cümlədən, digər müvafiq dövlət təşkilatlara müraciət edib.

Əsalı bir cavab ala bilməyən T.Şirinli Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciətdən sonra isə məlum olub ki, onun növbədənkənar mənzillə təmin edilməsi üçün müraciət etdiyi ərizə İmişli rayon İcra Hakimiyyətində dəyişdirilib. Əvəzində güzəştli şəxslər üçün mənzil növbəsinə dayanmaq üçün ərizə yazılıb. Bundan sonra Qarabağ əlilinin başına gələnləri söz ilə ifadə etmək çətindir. Onun ərizəsinin dəyişdirilməsi ilə bağlı qaldırdığı iddia mümkünsüz sayılaraq məhkəmə tərəfindən təmin edilməyib. Müraciət olunan Apelyasiya Məhkəməsi ərizəni baxılması üçün yenidən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə qaytarıb. Tariel Şirinlinin bu dəfə ərizəsinin dəyişdirilməsinə hüquqi qiymət verilməsi üçün İmişli rayon prokuroruna müraciəti də nəticəsiz olub. Çünki prokuror da işi Şirvan İqtisadi Məhkəməsinə qaytarıb. Bundan sonra Qarabağ əlili ərizəsinin dəyişdirilməsinə etiraz olaraq xəttin ekspertizaya göndərilməsi, işə hüquqi qiymət verilməsi xahişi ilə 22 dekabr 2014-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edib. Buradan da 29.12.2014-cü ildə müraciətə baxılması ilə bağlı bildiriş göndərilib. Onlar da işi yenidən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərib. Fevralın 25-də Şirvan İnzibati-İqtisadi məhkəməsində hakim İxtiyar Abuşov məhkəmə prosesində məsələyə baxılıb. T.Şirini yenə də xəttin ekspertizaya göndərilməsi üçün vəsatət qaldırıb. Lakin hakim onun vəsatətini təmin etməyib. Bununla bağlı T.Şirinli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ərizə ilə müraciət edib. O, eyni ərizəni Milli Təhlükəsizlik Nazirliyi Eldar Mahmudova, Məhkəmə-Hüquq Şurası cənab Fikrət Məmmədova və Kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim İxtiyar Abuşova məhkəmə prosesi başlayan kimi vəsatət verdim. Hakim İ.Abuşov vəsatətimi qəbul etmədi. Arqumenti də bu oldu ki, tərəflər vəsatəti ancaq məhkəmənin hazırlıq iclasında təqdim edə bilərlər. Mahiyyəti üzrə baxış zamanı vəsatət qəbul olunmur. Bildirirəm ki, İ.Abuşov bu işdə təyin olunan ikinci hakimdir. Birinci hakim Zaur Allahyarova etiraz etdiyim üçün prosesdən kənarlaşdırılmış, iş hakim İ.Abuşovun icraatına verilmişdir. Qeyd edirəm ki, iddiaçı olaraq İ.Abuşovun sədrlik etdiyi birinci məhkəmə iclasında cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyası tərəfindən sübut – sənədlərin əslinin məhkəməyə təqdim edilməsi üçün vəsatət vermişdim və hakim vəsatətimi təmin etmişdi.

Bildirirəm ki, Qarabağ əlili kimi mənzil növbəsinə uçota götürülməyim üçün verdiyim Ərizə saxtalaşdırılaraq dəyişdirilmişdir. Bu gün- 25 fevral 2015-ci il tarixli məhkəmə iclasında İmişli RİH tərəfindən məhkəməyə təqdim edilən sənədin (ərizənin) nə mətninin, nə də xəttin mənə aid olmadığını, ərizənin sui-istifadə məqsədilə dəyişdirildiyinə bir daha əmin oldum və vəsatət vermək istədim ki, ərizənin əslinin ekspertizadan keçirilməsi, nəticələrindən asılı olaraq müvafiq icraatın ayrılıb, saxtakarlığı törətmiş şəxsin və ya şəxslərin cinayət məsuliyyəti məsələsinin həlli üçün müvafiq hüquq-mühafizə (istintaq) orqanına göndərilməsini təmin etsin. Vəsatətə fikir bildirmək bir yana, heç yerli-dibli vəsatəti qəbul etmədi. Əgər vəsatəti qəbul etməyəcəkdisə, daha niyə ilk iclasda hakim vəsatətimi qəbul edib, sənədlərin əslinin məhkəməyə təqdim edilməsi qərarını verdi?!

Məlumat üçün bildirirəm ki, əvvəlki məhkəmə proseslərində də vəsatət versəm də hakim Zaur Allahverdiyev də vəsatətimi qəbul etməyərək, prokurorluğa müraciət etməyimi tövsiyə etmişdi. Mən də tövsiyəyə əməl edərək, İmişli rayon prokurorluğuna müraciət etmişdim. İmişli rayon prokuroru ərizəmi Şirvan İnzibati-İqtisadi məhkəməsinə göndərmişdi. İmişli rayon prokurorunun hərəkətindən (hərəkətsizliyindən) Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etdim. Baş Prokurorluq da müraciətimi Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərmiş və mənə də BİLDİRİŞ göndərərək məktubumu online izləmək üçün ərizənin nömrəsini, kodunu və daxil olma tarixini qeyd etmişdir. Amma, deyilən internet saytına daxil olduqda və həmin kodu yığdıqda müraciətin QEYDƏ alınmadığı, müraciət edilən faylın mövcud olmadığı məlum olur! Məhkəmə prosesində də hakimə prokurorluqdan gələn məktublara hüquqi qiymət veriləcəkmi sualına isə, hakim: “Xeyr! Araşdırmayacağıq! Bizim öz rəhbərimiz var. Prokurorluq bizim rəhbərimiz deyil. “ Bəs, niyə müraciətim Sizə göndərilib? sualına, hakim: “onu prokurorluqdan soruş”- deyə cavab verdi.

Bu gün hakim İ.Abuşov məhkəmənin yekunlaşdığını bildirdi. Amma, QƏRAR hissəsini elan etmədi. Qərarın sabah elan olunacağını bildirdi. Bəs, biz qərarın nədən ibarət olacağını necə biləcəyik ? Sabah da bura gəlməliyikmi ? sualına: “saat 11-12 radələrində 050 668 90 96 nömrəli telefona zəng edib, öyrənə bilərsiniz”- cavabını verdi!

Bildirirəm ki, mən 2-ci qrup Qarabağ əliliyəm. 153 manat pensiya alıram. Övladım ali təhsil alır və Bakı şəhərində kirayədə yaşayır. Özüm İmişlidə yaşayıram. Güzaranımız onsuz da acınacaqlıdır. Üç ayrı-ayrı iş üzrə məhkəmə çəkişmələrinə cəlb olunmuşam. İkisi İmişli RİH-ə qarşı, biri İmişli Sosial Müdafiə Mərkəzinə qarşı. Məhkəmə prosesləri Şirvan şəhərində keçirilir. Üst-üstə, ümumilikdə 16 (on altı) dəfə məhkəmə prosesində iştirak etmək üçün nisyə, borc alıb, kimdənsə xahiş edib və s. Şirvan şəhərinə yollanmışam. Bu gün də sürücülərə borcum var. Hələ nə qədər də məhkəmələrə gedəcəyimi bilmirəm. Azərbaycan məhkəmələrində isə hakimlər tərəfindən nə məhkəmə xərcləri, nə də mənəvi ziyana görə qərar çıxarılmır. Amma, deyim ki, bir hakim – Zaur Allahyarov məhkəmə xərcinin də mənim tərəfimdən ödənilməsi haqqında qərar qəbul edib. Amma, Şirvan Apellyasiya məhkəməsi həmin işin yenidən baxılması üçün Şirvan İnzibati-İqtisadi məhkəməsinə qaytarılması haqqında qərar çıxarıb. Görək nə olacaq ?! Məlumat üçün bildirim ki, Şirvan İnzibati-İqtisadi məhkəməsinin sədrdən başqa dörd hakimi var ki, bu dörd hakimdən üçü artıq qatıldığım məhkəmə prosesində hakim kimi iştirak edib. Keçirilən və qəbul olunan qərarların nəticələrinə əsasən deyə bilərəm ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsində hərc-mərclik hökm sürür. Məhkəmə qərarları qanuna uyğun yox, şəxsi münasibətlərə görə qəbul edilir.

Əslində, araşdırmam nəticəsində istər şəhid adının verilməsi, mənzil uçotuna götürülməsi, mənzillərin tikilməsi, paylanması və sairə neqativ, qanunazidd, korrupsiya elementləri ilə müşayiət olunan faktlar aşkarlamışam ki, yaxın günlərdə hüquq-mühafizə idarələrinə göndərmək istəyirdim. Amma Məhkəmə-Hüquq Şurasına, Baş Prokurorluğa etdiyim müraciətlərin aqibətini görəndən sonra, vəziyyətin daha ciddi olduğu qənaətinə gəldim və Sizlərə müraciət etmək qərarına gəldim.

Sizdən Şirvan İnzibati-İqtisadi məhkəməsində qatıldığım məhkəmə proseslərini nəzarətinizdə saxlamağı xahiş edirəm!”

Göründüyü kimi, müvafiq qurumlar işi o həddə çatdırıblar ki, Qarabağ qazisi bu bürokratik əngəllərin və qanunsuzluqların əlində çıxılmaz vəziyyətə düşüb. Qaziler.az saytı olaraq məsələni diqqətdə saxlayacağıq (QAZİLER.AZ).

Previous Post

Qarabağ qazisi prezidentə müraciət etdi

Next Post

Türkiyədə 10 polis həbs edildi

Bənzər yazılar

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

11 Noyabr 2026 - 23:43

Cəlilabad rayonunda azyaşlı uşaq ölüb. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 10 yaşlı...

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

11 Noyabr 2026 - 23:37

İran Hörmüz boğazında Omanın Didamar adasında gəmi naviqasiya sistemlərinə zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış...

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

11 Noyabr 2026 - 21:26

Tehran və Maskat Hörmüz boğazında gəmiçilik dəhlizinin təşkili və dəniz hərəkətinin bölünməsi məsələləri üzrə qarşılıqlı razılığa gəliblər. Elchi.az xəbər verir...

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

11 Noyabr 2026 - 20:11

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi ciddi şəkildə qınayıb,...

Next Post

Türkiyədə 10 polis həbs edildi

Türkiyədə 10 polis həbs edildi

Son xəbərlər

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

11 Noyabr 2026 - 23:47
Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

11 Noyabr 2026 - 23:43
“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

11 Noyabr 2026 - 23:37
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib

11 Noyabr 2026 - 21:41
Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

11 Noyabr 2026 - 21:31
İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

11 Noyabr 2026 - 21:26
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək

11 Noyabr 2026 - 21:25
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

11 Noyabr 2026 - 20:11
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

11 Noyabr 2026 - 20:09
Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər

11 Noyabr 2026 - 20:08
Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib

11 Noyabr 2026 - 20:07
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11 Noyabr 2026 - 20:05
İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

11 Noyabr 2026 - 18:25
NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

11 Noyabr 2026 - 17:58
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.