"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb

🗓 06.05.2024 11:03 ✍️ "Elçi" qəzeti
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna XXXIII turda nail olub. “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə Ağdam təmsilçisinin cari mövsüm öz meydanındakı qol sayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. "Köhlən atlar" 2021/22 mövsümündə evdə 47 qol vurub. Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər. Havar Şəfiyeva

Bənzər yazılar