"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Qarabağ məsələsində “böyük qardaş” dəyişir?

24 Oktyabr 2014 - 10:45
in SİYASƏT MANŞET
FacebookVatsap

img1575745Azərbaycan Ermənistanla Putinin yaradacağı vahid hərbi-siyasi birlikdə olmayınca Kreml “Qarabağ açarı”nı cibindən çıxarmayacaq; bəs Rusiya zəifləsə və ya çöksə, Qərb daha ədalətli arbitr ola biləcəkmi, Bakı qəfil “rotasiyaya hazırdırmı?

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Qarabağ danışıqlarında ümidlər indi də prezidentlərin Paris görüşünə bağlanıb. Bəzi təhlilçilər bu görüşü Qərbin uzun illər durğunluq dövrü yaşayan nizamlama prosesində nəhayət, təşəbbüsü öz əlinə almağın və Rusiyanın həll prosesinə təsir imkanlarını azaltmağın yeni fürsəti kimi təqdim edir. Belə qənaətlər də mövcuddur ki, hazırda Rusiya iqtisadi-maliyyə cəhətdən çətin dövrünü yaşadığı və getdikcə bu sahədə durumu daha da pisləşəcəyindən, ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsinin – ABŞ və Fransanın təşəbbüsü ələ alması tədricən asanlaşa bilər.

Lakin skeptik analitiklərin ehtimallarına görə, Rusiyanın mövqeyinin bölgədə və dünyada zəifləməsi ilə problemin ədalətli həlli sürətlənməyə də bilər. Səbəb münaqişədən digər qlobal güclərin də ilk növbədə öz maraqları üçün istifadə eləməsidir.
Məsələn, Rusiyadakı Konstruktiv Siyasət Fondunun direktoru Abdul Nağıyeva görə, Qarabağ münaqişəsi müxtəlif tarixi mərhələlərdə həmişə regionda oynanılan “erməni kartı”nın tərkib hissəsi olub” (vesti.az). Kremlin konfliktin həllinə yanaşmasına toxunan politoloq deyir: “Heç kimə sirr deyil ki, Rusiya hərbi-siyasi əməkdaşlıq müqavilələri əsasında Ermənistanın təhlükəsizliyinin qarantıdır. Bu da danışıqlar prosesinə və İrəvanın Qarabağ məsələsində mövqeyinə təsir edən aparıcı elementdir”.
Ekspertin qənaətincə, Moskva münaqişənin həllini Ermənistanla bahəm, Azərbaycanlın da daxil olduğu vahid hərbi-siyasi birlik çərçivəsində görür: “Hazırda isə hadisələrin belə inkişaf variantı nəzərdən keçirilmir və o səbəbə Kremldən ”Qarabağ açarı”nə cibindən çıxaracağını gözləməyə dəymir”.
Bundan ötrü isə təbii ki, Azərbaycan Putinin Avrasiya layihələrinə, ilk növbədə də Gömrük İttifaqına üzvlüyə “dobro” verməlidir. Lakin ekspert rəsmi Bakının belə bir qərar verəcəyinə şübhə edir: “Qərbdə Gömrük İttifaqını Rusiyanın patronajlığı altında MDB ölkələri arasında müttəfiqlik əlaqələrinin dərinləşməsində hansısa aralıq mexanizm kimi baxırlar. Azərbaycanla Ermənistanın bir ittifaqda olması onlara nə verəcək? Əlbəttə ki, yenidən ”böyük qardaş” peyda olacaq və ümumi ailədə problem olmaması üçün necə yaşamağı diktə edəcək”.
Maraqlıdır ki, Ermənistanda da bu ölkənin Avrasiya İqtisadi Birliyinə rəsmən qoşulması ilə Dağlıq Qarabağ probleminin həllinin sürətlənəcəyini düşünənlər, demək olar, yoxdur. Əksinə, tanınmış erməni politoloqu, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri və Dağlıq Qarabağ üzrə prezidentin keçmiş xüsusi nümayəndəsi David Şahnazaryan əmindir ki, sülh prosesi olduqca mürəkkəb duruma düşəcək və qəlizləşəcək: “Kreml danışıqlar prosesini bütünlüklə öz əlinə almağa çalışır. Ermənistan əlindən gələni eləməlidir ki, beynəlxalq format kimi ATƏT-in Minsk Qrupu saxlansın və üçlük tərəfindən irəli sürülmüş, İrəvanın qəbul elədiyi, Bakının isə tərəddüd elədiyi prinsiplər əsasında onun işində ciddi uğur əldə edilməsinə yardımçı olsun”.
***
Bu arada iki əsas vasitəçi dövlətdən biri olan Rusiyanın yaxın gələcəyi ilə bağlı bədbin təxminlər artıb. “Neftin ucuzlaşması Rusiya büdcəsində defisit yaradır ki, bu da Putinin devrilməsi ilə nəticələnəcək”. Belə bir açıqlamanı ukraynalı siyasətçi, sabiq baş nazir Yuliya Timoşenko verib. O, Putin rejiminin son çatdığını bildirib: “Putin ya bizi azad buraxmalı və öz yuvasına getməli, ya da birdəfəlik hakimiyyətini itirəcək. Hətta bu zaman Rusiyanın öz stabilliyini qoruyub saxlamaq sualını da vermək gərək deyil. Bu gün Putin geri çəkilməyə məcburdur. O, maksimum iki ay gözləyə bilər”.
İqtisadi analitiklər isə sanksiyaların təsiri altında Rusiyanın maliyyə-iqtisadi böhrana girməsinə dair müxtəlif tarixlər səsləndirirlər – 2, maksimum 4 il. Söhbət sanksiyaların hazırkı səviyyəsinin qalması və neftin ucuzlaşması tendensiyası fonunda verilən proqnozlardan gedir.
***
Ancaq qeyd edildiyi kimi, bu, heç də o anlama gəlmir ki, Rusiyanın zəifləməsi avtomatik şəkildə Qarabağ probleminin həllini sürətləndirəcək. Əfsus ki, nikbin təxmin üçün əsaslar ciddi görünmür. Yəni arbitrin dəyişməsi avtomatik ədalətli sülh anlamına gəlməyəcək. Bu, ilk növbədə asılı olacaq Qərbin Azərbaycana və Ermənistana, ordakı hakimiyyətlərinə münasibətindən, Bakı və İrəvanın öz siyasi oriyentasiyanı nə dərəcədə çevik dəyişib demokratik dünyanın dostuna çevrilmə bacarığından. Üstəgəl, erməni lobbisi faktoru.
Təəssüflər olsun ki, bu istiqamətdə də Azərbaycan Ermənistandan ləng tərpənirmiş kimi görünür. Hər halda, təkcə xristian amilinə görə deyil, ümumbəşəri dəyərlərə sayğı və bəzi başqa amillər səbəbindən də hiss olunur ki, Qərb Ermənistanı Azərbaycandan daha tez “doğmalaşdırmaq” niyyətindədir və bunu edəcək.
Rəsmi Bakı belə perspektivi indidən ciddiyə alıb real kontur-tədbirlər görmək barədə düşünməlidir ki, sonra gec olmasın. Unutmayaq ki, Avropa və Amerika Ermənistanı heç vaxt işğalçı ölkə kimi barmaqla göstərməyib. Halbuki, Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində Qərb qeyd-şərtsiz, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanı isə açıq şəkildə təcavüzkar adlandırır. Azərbaycana gələndə isə, üstəlik, Bakıya Qarabağ separatçıları üçün öz müqəddəratı təyinetmə haqqı tanıtmaq istəyir.
Doğrudur, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti konfliktlə bağlı kifayət qədər ədalətli və obyektiv qətnamələr çıxarıb. Ancaq onların hamısı BMT-nin Qarabağa dair qətnamələri kimi hələ də kağız üzərində qalır. Çünki Qərbi təmsil edən əsas dövlətlər obyektiv arbitr olmağa tələsmirlər. Tələsdirmək isə həm də Bakıdan asılıdır.

 

Previous Post

Qarabağ məsələsində “böyük qardaş” dəyişir?

Next Post

Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu… – (Fotolar)

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu... - (Fotolar)

Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu... - (Fotolar)

Son xəbərlər

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

24 İyul 2026 - 12:30
Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

24 İyul 2026 - 12:29
Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

24 İyul 2026 - 12:14
“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

24 İyul 2026 - 12:05
“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

24 İyul 2026 - 11:54
Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

24 İyul 2026 - 11:46
ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

24 İyul 2026 - 11:38
Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

24 İyul 2026 - 11:29
İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

24 İyul 2026 - 11:22
Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16
“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15
Astronomlardan kosmosda misilsiz kəşf

Astronomlardan kosmosda misilsiz kəşf

24 İyul 2026 - 11:02
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

24 İyul 2026 - 10:57
ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

24 İyul 2026 - 10:55
Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

24 İyul 2026 - 10:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.