“Qarabağ” mərhələni 4 cavabsız qolla keçdi

🗓 23.07.2014 00:52 ✍️ "Elçi" qəzeti
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına img1608099görə, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” növbəti sınağına çıxıb.
Ağdam klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta çempionu “Valletta”nı sınağa çəkib. Cavab görüşündə də mükəmməl oyun nümayiş etdirən "Qarabağ" bu dəfə rəqib qapısından 4 cavabsız qol keçirib.
“Qarabağ” zəif “Valletta” səddini adlyaraq, növbəti mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. Maltalıları mübarizədən kənarlaşdırmaq ən azı daha 4 avrokubok matçı keçirmək deməkdir. Çünki “Zalsburq”la III təsnifat mərhələsindəki qələbə “Qarabağ”ı Çempionlar Liqasının, məğlubiyyət Avropa Liqasının növbəti mərhələsinə daşıyacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
22 iyul
“Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) - 4:0
Qollar: Reynaldo, 15; Çumbinyo, 48; Danilo Dias, 56;  Leroy Corc, 80
Qırmızı vərəqə: Conatan Karuana; Rayan Fenek
Baş hakim: Sergey Sinkeviç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0
“QARABAĞ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
“VALLETTA”: 28. Nikki Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu, 18. Şon Bayada, 30. Abdelkarim Nafti, 24. İan Zammit, 36. Luk Dimek.
Ehtiyat oyunçular: 1. Yenez Sini, 9. Rafael Kooh-Sona, 11. Luk Montebello, 14. Hamid Alkamali, 17. Siray Eddin Arab, 25. Adrian Zahra.
Baş məşqçi: Gilbert Acius.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
21:42
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq.
Qurban Qurbanovun komandası doğma meydanda Maltanın “Valletta” klubu ilə qarşılaşacaq. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununa üstün durumda çıxacaq. Ağdam təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf edir.
Qarşılaşma saat 21:30-da start götürəcək.
 

Bənzər yazılar