"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Qarabağ klanı”nın parçalanması Ter-Petrosyanın hakimiyyətə yolunu açır

16 Mart 2017 - 10:27
in SİYASƏT
FacebookVatsap

 

İşğalçı ölkədəki aprel seçkiləri Serj Sərkisyanın hakimiyyətinə son verə bilər; erməni prezident Rusiyadan dəstək ala bildimi? Politoloq: ““Ermənistan klanı” asanlıqla təslim olmayacaq”

Bunu da oxuyun

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Seçkilərə bir aydan da az qaldığı müddətdə Ermənistanda gərginliyin artması, hətta mübarizə aparan tərəflərin bir-birinə qarşı silah işlətməsi işğalçı ölkənin yaxın perspektivləri ilə bağlı ehtimallar səsləndirməyə imkan verir. Ermənistanın Armavir vilayətində Crarat kənd icma rəhbəri Samvel Qalstyanın həmkəndlisi Akop Melkonyanı avtomatla güllələyib, onun dayısını bıçaqlaması hadisəsi sıradan kriminal olay deyil.

Belə ki, hakimiyyətin 2 aprel seçkilərində ən qorxulu rəqibi olan “Ohanyan-Raffi-Oskanyan” bloku bəyan edib ki, Crarat kəndindəki atışmanı hakim Respublika Partiyasının yerli nümayəndəsi həyata keçirib. Blokun mətbuat katibi Areqnaz Manukyanisə bəyan edib ki, Ermənistanın hakim partiyası “Ohanyan-Raffi-Oskanyan” blokuna qarşı silahları işə salıb. Hakimiyyət əvvəlcə hadisənin miqyasını kiçiltmək üçün atəşin tapançadan açıldığını açıqlasa da, sonradan ortada avtomatın olduğu təsdiqləndi.

Bu faktın özü Ermənistan hakimiyyətinin xislətini ortaya qoyur. Azərbaycana qarşı cinayətlər nəticəsində hakimiyyət olimpinə qalxmış S.Sərkisyan bu davranışları ilə nəinki Qarabağı Azərbaycana, hətta hakimiyyəti erməni xalqına da güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir. Əslində bu, yenilik deyil, 2008-ci ilin martında məhz Sərkisyan hakimiyyətinin silahları işə salması nəticəsində İrəvan küçələrində 10 erməninin meyiti qalmışdı. S.Sərkisyanla bu dəfə üz-üzə dayanan isə onunla ortaq cinayətləri bölüşmüş keçmiş müdafiə naziri Seyran Ohanyandır. Sərkisyanı kifayət qədər yaxşı tanıyan, mahiyyətinə bələd olan Ohanyan şübhəsiz ki, güzəştə getməyəcək və bu da son nəticədə qarşıdurmanı gücləndirəcək. Son silahlı qarşıdurmada isə hətta Armavir vilayəti polis müdirinin müavini Levon Eranosyanın qardaşı Lernik Eranosyanın da ağır güllə yarası alması vəziyyətin kritikliyindən xəbər verir. Ohanyanın cangüdənlərinin də silahlanması heç də sadə məsələ deyil.

Image result for Sarkisyan
Amma burada bir məqam var, Ermənistan əhalisi həm S.Sərkisyan, həm də S.Ohanyanı yaxşı tanıyır və onların heç birindən fayda gözləmirlər. Olsa-olsa bu, dünənin “Qarabağ klanı”nın hakimiyyət davası olacaq, ortada isə yenə də dinc ermənilərin meyitləri qalacaq. Xocalı qatili S.Ohanyanın ermənilərə gün ağlayacağı da inandırıcı görünmür. Üstəlik, ölkə əhalisi bu qarşıdurmanı “Qarabağ klanı”nın ssenariləşdirdiyi oyun da sayırlar.

Image result for Ohanyan

Bu mənada erməni xalqı daha normal siyasi xadimlərin ardınca getməyi hədəfləyib. Bu mənada Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi Erməni Milli Konqresinin şansı daha yüksəkdir. Düzdür, eks-prezident yaşlıdır, sağlamlığı da yüksək səviyyədə deyil. Amma Sərkisyan kimi xəstə təfəkkürlü birindənsə, erməni xalqı daha sağlam yanaşmanın müəllifi, Qarabağla bağlı sülh təklif edən və bu bəladan qurtulmağı vacib sayan Ter-Petrosyanı müdafiə etməyə daha çox üstünlük verə bilər. Burada ermənistanlı faktoru da rol oynayır. Reallıq budur ki, nə S.Sərkisyan, nə də sələfi Robert Köçəryan hakimiyyəti Ermənistana xoşbəxtlik gətirmədi.

Qarabağ və Ermənistan əhalisinin durumu bəllidir. Ölkədə səfalət hökm sürür, əhali ilbəil azalır, xaricə üz tutan erməni gəncləri Qarabağda, özgə torpaqlarında ölmək istəmirlər. Bu mənada hakimiyyətdən ciddi narazılıq var. Hətta erməni fəallar Bakıdan Sərkisyanı ittiham edir, onun cinayətlərini lənətləyirlər. İş o yerə çatıb ki, hətta Ermənistan prezidentinin dünənki müttəfiqi Ohanyan da Sərksiyanı ittiham edir.

Bu mənada haqlı olaraq ortaya sual çıxır, Ter-Petrosyanın, ümumiyyətlə, Ermənistan klanının hakimiyyəti “Qarabağ klanı”ndan alması mümkündürmü? Rusiya faktoru burada kimin tərəfindədir?

Ermənistan əhalisi Qarabağdakı faciələrin davamını yaşamaq istəmir. Keçən ilin aprelində Azərbaycan ordusunun sarsıdıcı cavab zərbələrinin yeri hələ də sağalmayıb. Heç Qarabağdakı bir ovuc mülki əhali də qorxu altında yaşamaq niyyətində deyil və nə yolla olursa-olsun əbədi sülhün əldə olunmasını istəyirlər. Lakin diqqəti daxili problemlərdən yayındırmağı hədəfləyən S.Sərkisyan hətta indiki durumda da savaş ritorikasından əl çəkməyib. O, bugünlərdə Azərbaycanın ünvanına yeni ultimativ bəyanatla çıxış edib.

Image result for Ter-Petrosyan
*****
Fakt budur ki, Köçəryan-Sərkisyan hakimiyyəti Ermənistana xoşbəxtlik gətirmədi. Qarabağ və Ermənistan əhalisinin durumu bəlli. Kütləvi narazılıq var. Hətta ermənilər Bakıdan Sərkisyanı ittiham edir. Həmçinin Seyran Ohanyan Sərkisyanı ittiham edir. Ter-Petrosyanın, ümumiyyətlə, Ermənistan klanının hakimiyyəti Qarabağ klanından alması mümkündürmü? Rusiya faktoru burada kimin tərəfindədir? Qarabağ klanının, yoxsa Ermənistan klanının?
“Ermənistanın bədbəxtliyi təkcə Köçəryan-Sərkisyan hakimiyyəti ilə bağlı olan məsələ deyil. Bu bədbəxtliyin kökündə erməni ultra millətçiliyinin qaynağı olan erməni Qriqoryan kilsəsi, Daşnaksütyun təşkilatı və cilddən-cildə girən rus imperializminin maraqları dayanır”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, ermənilərin əksəriyyətini şizofrenik həddə millətçiliyə yoluxdurulmuş, sivilizasiyaya gerçək inteqrasiya olunmağı bacarmayan, sadəcə, vəziyyətə uyğun maskalanmağı bacaran, zamanla imperialist dairələrin casus və təxribat şəbəkəsi, yaxud avanpostu funksiyasını yerinə yetirən varlıqlar təşkil edir. Köçəryan və Sərkisyan isə kilsə-diaspor-Daşnaksütyun-Rusiya (SSRİ) Mərkəzi Kəşfiyyat İdarəsi dördlüyü casus şəbəkəsinin əlaqələndiriciləridir: “Onlar öz missiyalarını layiqincə icra etdikləri və Ter-Petrosyandan fərqli olaraq hətta öz xalqlarının gələcəyini düşünmədikləri üçün hakimiyyətə gətiriliblər. Seyran Ohanyan isə Köçəryan və Sərkisyanın da daxil olduğu şəbəkənin ikinci dərəcəli əlaqələndiricilərindən biridir. Ohanyanın birdən-birə müxalifətə keçməsi və çox qısa zamanda mövqe dəyişməsi bu şəxsin mövcud hakimiyyətə real alternativ olduğuna ciddi şübhələr yaradır”.

Image result for Elçin Mirzəbəyli
E.Mirzəbəylinin fikrincə, Ohanyan Ermənistanın mövcud iqtidarına real müxalifətdə olan qüvvələrin səsini parçalamaq üçün düşünülmüş alternativlərdən biridir: “Ohanyan və tərəfdarlarının parlamentdə təmsil olunması da mümkündür. Və çox güman ki, onlar parlamentdəki hakim qrupun səs çoxluğunu təmin etmək missiyasını yerinə yetirəcəklər. Ohanyana qarşı sərt tədbirlər həyata keçirilməsi, onun tərəfdarlarına atəş açılması da onun radikal müxalifət imicinin formalaşmasına xidmət edir. Əslində Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Sərkisyan rejiminə qarşı daha real müxalif mövqedə dayanıb. Amma Erməni Milli Konqresinin seçki kampaniyasına ciddi maneələr yaradılmır. Bu da öz növbəsində Ohanyanla bağlı şübhələri daha da gücləndirir. Zənnimcə, parlament seçkiləri Ermənistanda real hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Əksinə, parlament idarəçiliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskvanın və onun himayəsində olan erməni siyasətçilərinin manevr imkanlarının genişləndirilməsinə xidmət edəcək”.
Ekspert hesab edir ki, Rusiya nə Qarabağ, nə də İrəvan klanının yanında deyil: “Rusiya öz maraqlarının yanındadır və bu maraqlar qorunması üçün daha az iddialarla daha çox iş görə bilən qüvvələrə üstünlük verəcək. Yəni siyasətin əlifbasını təşkil edən amillər burada da öz rolunu oynayacaq”.

Image result for Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ermənistanın bu vəziyyətə düşməsində ən böyük günah keçmiş prezident Levon Ter-Petrosyandadır: “Məhz o, Qarabağ separatçılarını Ermənistanda hakimiyyətə gətirdi. Levon Ter-Petrosyan ilk əvvəl Qarabağ separatçısı və indiki prezident Serj Sərkisyanı İrəvana gətirərək onu daxili işlər və milli təhlükəsizlik naziri təyin etdi. Daha sonra digər Qarabağ separatçısı Robert Köçəryanı İrəvana gətizdirərək onu baş nazir təyin etdi. Bununla da Levon Ter-Petrosyan ölkəsini uçuruma yuvarlandırdı, özünü isə tələyə saldı. Hər iki separatçını Ermənistanda hakimiyyətə gətirməyə Petrosyanı heç bir amil məcbur etmirdi. Tam əksinə, Azərbaycanla sülhə çalışan Levon Ter-Petrosyan separatçılarla məsafə saxlamalı idi. Levon Ter-Petrosyan bir gün Azərbaycanın da qəbul etdiyi ”mərhələli həll” planını qəbul etməyə razılaşanda onu hakimiyyətə gətirdiyi həmin separatçılar devirdilər. Odu-budur, Ermənistanda hakimiyyət 20 ildir Qarabağ separatçılarının əlindədir. Ermənistanda anadan olan siyasətçilərin Qarabağ klanından narazılığı aşkardır. Ancaq həmin siyasətçilər bu narazılığın məhz klanlararası mübarizə ilə əlaqəli olduğunu vurğulamırlar”.
E.Şahinoğlunun fikrincə, şərti adı “Ermənistan klanı” əbədiyyətə qədər Qarabağ klanının şıltaqlıqlarına görə kasıblıqda, miqrasiya girdabında sürüklənmək istəmir: “Qarabağdan Ermənistana gətirilən meyitlər də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Füzulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amillər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir. Ancaq ”Qarabağ klanı” başda Serj Sərkisyan olmaqla, əlindən gələn hər şeyi edəcək ki, iqtidar “yadlar”ın nəzarətinə keçməsin. Buna baxmayaraq, “Ermənistan klanı” asanlıqla təslim olmayacaq. Seçkidən bir gün sonra İrəvanda və Ermənistanın digər şəhərlərində kütləvi etirazları istisna etmirəm, silah səsləri də eşidiləcək”.
Politoloq hesab edir ki, bu mübarizədə Rusiya “Qarabağ klanı”nı dəstəkləyir: “Ermənistan klanı Rusiya ilə yanaşı, Qərblə də yaxınlaşmanın tərəfdarıdır. Bu faktor isə Kremli qorxudur. Ona görə də Kreml Levon Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa Serj Sərkisyana üstünlük verəcək. Onu tanıyırlar, vassaldır, bütün əmrləri canla-başla yerinə yetirir, digərlərinin isə əmrləri yerinə yetirəcəyinə təminat yoxdur”.
Bu ərəfədə Moskvaya, V.Putinin hüzuruna gedən S.Sərkisyan şübhəsiz ki, ondan hakimiyyəti üçün qarantiya istəyib. Ancaq Rusiyanı bir neçə dəfə Azərbaycana silah satdığına görə şantaj edən, Qərbə satan Sərkisyan çətin ki, Rusiya liderinin könlünü ala bilsin.

Previous Post

“Qarabağ klanı”nın parçalanması Ter-Petrosyanın hakimiyyətə yolunu açır

Next Post

İlham Əliyev V Qlobal Bakı Forumunda iştirak edir

Bənzər yazılar

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28

Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma...

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Elchi.az...

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Elchi.az xəbər verir ki,...

Next Post

İlham Əliyev V Qlobal Bakı Forumunda iştirak edir

İlham Əliyev V Qlobal Bakı Forumunda iştirak edir

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.