“Qarabağ” ilk oyununu Bakıda keçirəcək

🗓 30.08.2014 18:22 ✍️ "Elçi" qəzeti

“Qarabağ Avroliqanın qrup mərhələsində ilk oyununu Tofiq Bəhramov adına stadionda keçirəcək”. img1627113

Bunu özəl olaraq Axar.az-a “Qarabağ” futbol klubunun mətbuat katibliyindən bildirdilər.
Klub nümayəndəsi qeyd etdi ki, “Qarabağ”ın ilk oyunu sentyabrın 18-də keçiriləcək və ona qədər stadion tam təmirə bağlanmayacaq:
“İnşallah ilk oyun “Tofiq Bəhramov” stadionunda keçiriləcək. O oyundan sonra stadion təmirə bağlanacaq”.
İlk oyunda Ağdam təmsilçisi Fransanın “Sent-Etyen” komandasını qəbul edəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanıb. Mərkəzi arenanın direktoru Akif İsmayılovun sözlərinə görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi oyunlarla əlaqədar stadionun ot örtüyü lazımi səviyyəyə çatdırılacaq.

Bənzər yazılar