"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qarabağ Honkonqa çevrilsə…

30 Yanvar 2015 - 12:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

img1735313Qara dəniz hövzəsinə daxil olan ölkələrin parlament məclislərinin birində iri gövdəsi və oliqarx ədası ilə diqqəti cəlb edən Areq Qukasyanın geniş ixtiyar sahibi olduğunu görəndə təəccübümü gizlədə bilməmişdim. Məgər, o da Gülbekyan kimi iri neft maqnatlarının daxil olduğu kortelin üzvüdür, yoxsa, yeni erməni milyonçuları nəslinin aparıcı nümayəndələri əski babalarından fərqli daha qeyri-adi varlanmaq yolu seçiblər?
Qanunverici orqanın təmsilçisinin geniş biznes şəbəkəsinə maneçilik törədilməməsi ehtimal etməyə əsas verirdi ki, Areq “yuxarılar”ın adamıdır və onun qoruyucu zirehini təşkil edənlər dövlətin üstündə oturublar. Bəli, indi də Ermənistanda bir çox müəssisəyə, o cümlədən, xalqın duz ehtiyaclarını ödəyən mədənlərə nəzarət edən şəxs o vaxtlar Dağlıq Qarabağın “prezidenti” kimi təqdim olunan Arkadi Qukasyanın qardaşıdır.
Deməli, Azərbaycan əleyhinə aparılmış müharibənin qalibləri təkcə ağır döyüşlərin itki və məhrumiyyətlərini deyil, bəhrəsini də görməyi haqq ediblər və bir kimsənin buna müqavimət göstərməyə ixtiyarı yoxdur. Ona görə hakimiyyətə daşınaraq bütün iqtisadi sərvətlər üzərində hökmranlıq qazanan “Qarabağ” klanı bir millətin nail olmaq istədiyi sosial ədalətin qarşısını alır, eləcə də siyasi azadlıqların gerçəkləməsində başlıca maneəyə çevrilirdi. Lakin Qərbin beyin mərkəzləri və təhlil institutları hər vəchlə Qarabağı Cənubi Qafqazın demokratiya simvolu kimi təqdim edəndə, düşünürsən ki, bəlkə hüquqi dövlət qurmağı Avropa standartları ilə deyil, Xankəndindəki düzənlə ölçmək və onlardan öyrənmək lazımdır?
Zamanında  Amerikanın Vyetnama hərbi girişini alqışlayan “Fredoom House” təşkilatının növbəti illik hesabatı heç də imtahandan kəsilmiş ölkələrin siyahısını müəyyənləşdirmək baxımından deyil, ilk növbədə, tanınmamış respublikalara legitimlik vermək niyyətinə görə bizlər üçün əhəmiyyət daşımalıdır. Kimsə münsiflərin hələ də sovet basmaqəlibindən çıxmadığını, soyuq müharibə dövrünün ideoloji rəqabət abu-havasının hələ də yaşadığını  yada salıb, qiymətləndiriciləri qərəzdə suçlaya və haqlı da ola bilər. Üstəlik, milli dövlətlərin xarici siyasət silahı kimi təkcə ordu birləşmələrinə, yaxud iqtisadi resurslara deyil, 3-cü sektorun uzun əllərinə arxalanması diplomatiyanın tanınan qaydasıdır. Ona görə, Qarabağın – arabanın atdan qabağa keçirilməsinin səbəblərini başa düşmək bütün başqa suallardan daha əhəmiyyətlidir.
Məsələyə hökmlə yanaşan politoloji fikir sahiblərimizin mövqeyini bir kənara qoyaq. Yəni, deyəndə ki, vaxtilə səhra komandirləri kimi ərazi işğallarında rol oynamısan, itaətsizlik göstərdiyin ölkənin məhkəmələrində əleyhinə açılmış cinayət işləri var və buna görə sizlər uğrunda mübarizə apardığınız xalqa həqiqi müstəqillik və azadlıq gətirə bilməzsiniz, onda kimsə qədim  tarixə baş vurub bunun əksini sübut edən onlarla arqument irəli sürə bilər. Məgər, Sezarın hərbi qələbələri romalılar üzərində təkbaşına hökmranlığa imkan verirdi, yaxud Senat qalib sərkərdəni mühakimə etməkdən qorxub-çəkinirdi? Yaxud, elə yaxın keçmişdə korsikalı zabit Napoleonun qurduğu imperiya qırmızı terrora keçəndə insanlar ondan asanlıqla üz döndərmədilərmi?
Elə isə Qarabağda demokratiyanın köklü əsasları nəyə bağlıdır-bir xalqın dərin tarixi ədalət hissinə, yoxsa alban çarlarının idarəçilik barəsində yazıb qoyduğu məxəzlərə?
1988-ci ildə Mixail Qorbaçova müraciət edən Dağlıq Qarabağ vilayətinin deputatları Şura hökumətinin bütün ittifaq miqyasında qurduğu xalq hakimiyyətinin kiçik bir həlqəsi idi və indi kimsə onlardan azadlıq mücahidləri düzəltməyə çalışsa da gerçəkliyi dəyişə bilməz. Doğrudur, aşkara çıxan Qərb diplomatik yazışmalarında həmin üsyankar “Məclis”i hüquqi yolla Qarabağı Azərbaycandan qoparmaq istəyən “demokratik hərəkat” adlandıranlar da var, lakin fəhlə-kəndli quruluşu kimi  ad çıxarmış bir rejimdə fərdi qəhrəmanlıqlar heç nəyi dəyişmirdi və dissidentlik hər halda bir millətin işi deyildi.
Azərbaycanla müharibədən çıxmış Qarabağda hakimiyyət orqanlarını təsis etmək məsələsi ortaya çıxanda Ermənistan bütün Avropanı bura töküb demokratik seçkilər keçirməyə yox, ilk növbədə, qaliblər üçün taxt-tac düzəltməyə başlamışdı. Çünki başqa variant daxili qarşıdurma, qənimətin bölgüsü üstündə əsil ölüm-dirim savaşı demək olardı. Hər halda real situasiyaya nəzarət edənlərin hamısının silahlı olduğunu unutmaq olmazdı. Düşmənə-azərbaycanlılara qarşı birləşmək, yaxud təhlükəsizliyini birgə qorumaq amili də burada rol oynayırdı, amma didişmələri bir kənara qoyub özünə seçki yolu ilə  rəhbər müəyyənləşdirmək həyati məsələ deyildi.
Lakin Qarabağın ilk prezidenti Robert Koçaryanın iddiaları tanınmamış bir respublikaya sığmadığından o, cefersonluq edib Konstitusiya yazmağa və  hüquq sistemini yaratmağa heç səy göstərmədi də. Guya fransız mütəfəkkirlərinin dünyaya bəxş etdiyi üç hakimiyyət qolu prinsipini Qarabağda tətbiq etməsələr nə olacaqdı ki? Onsuz da birinci vəzifə rusların köməyi ilə qazanılmış savaş nəticələrini qoruyub saxlamaqdır, elə isə demokratik mübarizə, seçkilər, söz və mətbuat azadlığının bərqərar edilməsini müəyyən müddətə təxirə salmaq da olar.
Qarabağın siyasi gələcəyini düşünənlərin Dnestryanı respublikadan fərqli olaraq Ermənistan kimi himayəçisi olduğundan, Koçaryan mübarizə yoldaşı və hamisi Levon ter-Petrosyanın – erməni seyidini kreslosundan devirəndə nəhayət, Qarabağda hərbi qruplaşmalar içərisindən varis tapmaq mühüm vəzifəyə çevrildi .Bəs kimə üstünlük verəsən-axı xalqa seçim imkanı yaratsan, onda gərək səngəri boşaldıb bütün iddiaçılara deyəsən ki, get özünü qoru və həm də millətini qırılmaqdan xilas elə. Koçaryan Potyomkinin yolu ilə gedib həm Yerevandakı qüvvələrin, həm də doğulduğu kəndin mənafelərinə cavab verən Arkadi Qukasyanı özünə varis təyin elədi. Artıq feodal satrapı kimi arxa bağçadan arxayın olmaq olardı. Keçmiş sovet komsomolu vaxtında tədbir görüb heç bir xəfiyyə təcrübəsi olmayan Arkadini təhlükəsizlik xidmətinin rəhbəri qoymuşdu. Beləliklə, bütün yumurtaları bir səbətə yığmaq artıq mexaniki məsələyə çevrildi.
Hamını razı salan formul tapılmışdı-bir tərəfdən, yerli iqtisadi-maliyyə qrupları üçün yeni namizəd heç bir təhlükə törətmir, o biri yandan beynəlxalq aləmə də təqdim edəndə 2-ci prezidenti sovet çekisti kimi qələmə verməyə heç kəsin əlində bir əsas yoxdur. Təkcə qalır müdafiə naziri Samvel Babayanın iddialarını neytrallaşdırmaq, bunu da qarşıdakı dövrdə “çevrilişə cəhd” cinayətinə sürükləyib sıradan çıxarmaq olar.
Ona görə Azərbaycanın bütün etirazlarına, BMT, ATƏT və Avropa Şurasının narazılığına baxmayaraq, Qarabağda silahsız və qansız hakimiyyət dəyişikliyinə nail oldular. Saxta namizədlərin hamısı nəticələri tanıdı və seçkiləri yeganə legitim mübarizə vasitəsi kimi qəbul etdi. Sonra prezidentə atılan güllələri aktlaşdırıb və sui-qəsd səhnəsini qurub S.Babayana dedilər ki, “qəhrəmanlığına görə sağ ol, amma dövlət işi sənlik deyil”!
Qukasyanın on illik idarəçiliyi elan etdiyi seçki platformasına uyğun  MDB-2-nin üzvü kimi beynəlxalq arenaya çıxmağa yönəldi. Amerikada, Rusiyada, Fransada açılan ticari nümayəndəlikləri səfirlik kimi qələmə verməklə Qarabağa dövlət atributları qazandırmağa çalışdılar. Həmçinin yerli özünüidarə orqanları və 33 nəfərlik parlament əsil Avropa demokratiyasının burada zühur etdiyindən xəbər verirdi. Xaricdə lobbiçilik edən muzdlu əcnəbi parlamentarilər ciddi cəhdlə Qarabağı “demokratiyanın mayakı”  kimi vəsf etməyə başlamışdılar.
Məsələn, Avropa Birliyi-Ermənistan dostluq qrupunun rəhbəri Eleni Teoxarus fəxarətlə onun iki vətəni – Yunanıstan və Artsaxdan, Qarabağ xalqının azad iradəsindən danışaraq həmkarlarını “demokratik zirvələr fəth edən bir milləti müdafiə etməyə” səsləyirdi. Onun fransalı silahdaşı doğulduğu Marsel şəhərini Ermənistanın “2-ci paytaxtı” adlandıraraq Artsaxın öz müqəddəratını məhz avropalıların minillik mədəni və siyasi dəyərlərinə arxalanaraq elan etdiklərini deyirdi. Onda hesabla Xankəndi 3-cü erməni mərkəzi olmalıydı.
Əsil “absurd teatrı” sayıla bilərdi. Ermənistanda sürətlə gedən iqtisadi deqradasiya və sosial böhran fonunda Qarabağın göstəricilərini il-ildən yaxşılaşdırmaqda davam edirdilər. Ölkənin rəsmi statistik məlumatlarında yer alan demoqrafik ölüm və ildə 90 mini aşan emmiqrasiya fonunda dünyanı inandırmağa çalışırdılar ki, 2-ci erməni dövlətində vəziyyət tamamilə fərqlidir. Ona görə də çiçəklənən demokratiya atmosferində 2007-ci ildə Arkadi Qukasyanı stajlı daş ustası və çilingər – mexanik Bako Saakyanla əvəz etdilər.
130 dan artıq beynəlxalq müşahidəçi Qarabağın baş kəndində, eləcə də ucqarlarda – Kəlbəcərdə yenicə təmirdən çıxmış qızıl mədəninin binasında 80 min seçicinin fəal şəkildə, iradələrinə heç bir basqı olmadan seçimlərini etdiklərinə dair böyük raportlar tərtib etdilər. Demokratik rəqabətin zirvəsi isə rəqib namizəd Vitali Balasanyana 32 faizlik nəticə yazılması idi. Seçki memarlarının qurduğu demokratiya fasadına,suveren bir xalqın malik olduğu torpaqlar üzərində milli iradəsini təyin etməsinə Rus Dumasının üzvü Konstantin Zatulin daxil, onlarla ölkədən xeyir-dua verənlər vardı. Ona görə qarabağlı ermənilər ən azı Rusiyanı başa düşə bilmir ki, Krımın müstəqillik refendumunu tanıyıb ona qanunilik donu geyindirən Putin iqtidarı nədən Qarabağ xalqının iradəsini qəbul etmək istəmir?
Onların məntiqinə görə Azərbaycanda insan haqları pozulursa, hüquq müdafiəçiləri həbsə məruz qalırsa, onda dünya Qarabağın müstəqilliyini niyə tanımaq istəmir? Axı norveçlilərdən, isveçlilərdən fərqli olaraq ermənilər Xankəndində qrad qurğularının əhatəsində və hər gün cəbhədə savaş verərək, demokratik ənənələrə və qərb dəyərlərinə sədaqətlərini göstərərək, yeni cəmiyyət qururlar. Günün birində Qarabağın komplementar xarici siyasət kursundan, hətta Avropa Birliyinə üzvlüyə can atmasından danışmaq üçün tam siyasi zəmin hazırlanır. Bax, tələb etdikləri nədir, 9 ildir konstitusiya var, məhkəmə və prokurorluq orqanları mövcuddur, on partiya rəsmi olaraq qeydiyyatdan keçib və qarışıq sistemlə  bərabər hüquqlu formada xalqı təşkilatlandırır, maarifləndirir və açıq siyasi mübarizə aparırsa, burada beynəlxalq kriteriyaların hansının pozulmasından danışmaq olar? Hələ üstəlik də iki azərbaycanlı girova apelyasiya şikayəti hüququ verilib, vəkillə təmin olunubsa, dünya demokratik Qarabağa sahiblənmək istəyən Azərbaycan xalqını və dövlətini niyə mühakimə eləmir?
Burada hakimiyyətdə olanlar “yorulan gözətçilər” deyil, ömürlük seçilməyiblər, öləndə vəzifədən gedən  bolşevik rəhbərlərin nümunəsi keçmir,onda nə mübahisəyə, nə də müharibəyə yer qalır. Beləliklə, “Azərbaycan Qarabağın malik olduğu standartlardan daha yüksəyini onlara verə bilmir” fikrini dünyanın hakim nəzərinə çatdırmaq üçün erməni ideoloqları və sərhədsiz reportyorlar, sərhədsiz çilingərlər və digərləri bir səngərdə çalışmaqda davam edirlər.
Əlbəttə, əhali kütləvi olaraq meydanlara siyasi tələblərlə çıxmır, yalnız bir etnik toplumun içərisində birlik var, onda buna kimin nə sözü ola bilər? 182 milyonluq büdcə ilə qurulan hüquqi dövlət və demokratiya səltənəti erməni liderlərinin rəyinə görə, bundan artıq ola bilməz. Qoy, Amerika, Avropa Qarabağa maliyyə yardımını artırsın, onda görərlər Qərbdə funksiyalanan parlamentarizm ənənələrini qədim bir diyara necə gətirirlər?
Bax elə bu məntiqlə də “Fredoom House”nin yönəldiciləri  Azərbaycandan kəsib Qarabağa yamayırlar. Çünki beynəlxalq tanınmanın yolu bundan keçir. Legtimlik qazanmaq üçün mütləq hesabatlarda və reytinq cədvəllərində öndə olmalısan.
Elə Azərbaycanın daxili qüvvələrindən də belə düşünənlər var – yəni, hakimiyyəti qeyri-qanuni adlandırıb erməni mübarizəsinə, az qala işğala haqq qazandırmağa çalışırlar. Ən adi tənqidə tab gətirməyən qeyri-siyasi mövqedir. Yəqin, basklar İspaniyadan, şotlandlar Britaniyadan həmin ölkələrdəki rejimlərin qeyri-demokratik olduğuna görə ayrılıb azad olmaq istəyirlər.
Dünyada belə bir presedent yoxdur ki, bir dövləti azadlıq indeksinə görə aşağı yerə qoyub onun torpaqlarının işğalına bəraət qazandırasan. Sonra da separatizmin vüsət almasına təsir göstərən ideya-siyasi şərtlərin axtarışına çıxasan. Əgər Qarabağ rejimi demokratikdirsə, onda Krımı, Luqanskı, Donetski niyə tanımırsız?
Bir gün Qarabağı Azərbaycan və Ermənistan üçün HonKonqa çevirsələr, təəccüblənməyin! Çin adlı müasir nəhəngin ən zəif yeri-“Axilles dabanı” Honkonq!
Lakin bu haqda növbəti yazımızda.
Previous Post

Qarabağ Honkonqa çevrilsə…

Next Post

Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb

Bənzər yazılar

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Elchi.az xəbər verir...

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:07

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Əziz Səncər...

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

07 Sentyabr 2026 - 11:48

ABŞ XX əsrin ortalarından etibarən beynəlxalq münasibətlər sistemində strateji güc kimi çıxış edir, müharibələrin, hakimiyyət çevrilişlərinin, təhlükəsizlik böhranlarının və sülh danışıqlarının əsas siyasi mərkəzlərdən biri hesab olunur. Vaşinqton tarixində bir çox konfliktlərin...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...

Next Post

Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb

Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb

Son xəbərlər

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08
“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00
Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

07 Sentyabr 2026 - 14:53
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

07 Sentyabr 2026 - 14:44
Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30
Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

07 Sentyabr 2026 - 14:14
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:07
Yaponiya valyutası kəskin şəkildə bahalaşdı

Yaponiya valyutası kəskin şəkildə bahalaşdı

07 Sentyabr 2026 - 14:00
“Qarabağ” atı saxlayanlara 1000 manat veriləcək

“Qarabağ” atı saxlayanlara 1000 manat veriləcək

07 Sentyabr 2026 - 13:51
“Qarabağ” Koxalskini 500 min avroya satdı

“Qarabağ” Koxalskini 500 min avroya satdı

07 Sentyabr 2026 - 13:43
Sentyabrda 8 gün iş olmayacaq

Sentyabrda 8 gün iş olmayacaq

07 Sentyabr 2026 - 13:30
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

07 Sentyabr 2026 - 13:18
Tramp bu ştatının adının dəyişdirilməsini təklif etdi

Tramp bu ştatının adının dəyişdirilməsini təklif etdi

07 Sentyabr 2026 - 13:00
ƏHD Partiyası hökumətə çağırış edib

ƏHD Partiyası hökumətə çağırış edib

07 Sentyabr 2026 - 12:52
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

07 Sentyabr 2026 - 12:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.