Qanada mədənin çökməsi nəticəsində 7 nəfər ölüb

78

Qananın Şərq əyalətində qeyri-qanuni mədənin çökməsi nəticəsində ilkin təsbitlərə görə 7 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Milli KİV-in məlumatına görə, çökmə Şərq əyalətinin Korle Teye bölgəsindəki qanunsuz mədəndə baş verib.
Qəzadan sonra axtarış-xilasetmə işlərində 7 nəfərin cansız cəsədi tapılıb. Çuxurdan 5 nəfər sağ qalarkən, çox sayda insandan xəbər yoxdur.
Yerli sakinlər çökməyə güclü yağışın səbəb olduğunu iddia edirlər.
Tarixdə “Qızıl Körfəz” adlandırılan Qana “Afrikanın ən böyük qızıl istehsal edən ölkələri” arasındadır.
Qanada qeyri-qanuni mədən işlərinin qarşısını almaq məqsədilə 4 il əvvəl “Milli Qeyri-qanuni Mədən İşçi Qrupu” yaradılıb.

Nuranə Məmmədova