"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qalmaqallı icra başçısına «qara xəbər»

03 Mart 2015 - 23:23
in MANŞET
FacebookVatsap

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında bir sıra nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.
Qalmaqallı icra başçısına «qara xəbər»Palatadan verilən məlumata görə, qurum dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dair nəzarət tədbirlərini həyata keçirəcək.
Xəbərdə diqqət çəkən məqam adı davamlı şəkildə mətbuatda müxtəlif tənqidlərin hədəfi kimi səslənən Razim Məmmədovun rəhbərlik etdiyi Xətai rayon İcra Hakimiyyətinə ayrılan dövlət vəsaitlərinin auditinə qərar verilməsidir. Hesablama Palatasının bu yoxlamasının R. Məmmədov üçün başağrısı yarada biləcəyi istisna olunmur.
Məsələ burasındadır ki, hələ ötən ilin sonlarında KİV-də Xətai rayonunun icra başçısının hədsiz varlanmasının hakimiyyət dairələrində qıcıq yaratdığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd olunurdu ki, özü hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan tikdirdiyi hər binada min kvadrat metrlərlə ölçüdə olan mənzili özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq ağılasığmaz zövqlə təmir etdirir. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız Bakının mərkəz hissəsində 75 mənzili var ki, ən ucuz mənzilin qiyməti 350 min manatdır (gunpress.az). Razim Məmmədov həmçinin Novxanı da başda olmaqla, istirahət zonalarında mərkəzlərə sahiblənib. Amma onun əsas marağı mənzillərədir. İddialara görə, icra başçısının ən sevimli mənzili keçmiş «Muğan» otelinin yerində tikilən hündürmətəbəli binadadır. Həmin binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Hündürmərtəbəli binadakı bu sarayında hovuz, böyük akvariumlar, bir sözlə ən böyük villalarda belə olacaq imkanları yaradıb.
KİV-in iddialarına görə, Razim Məmmədovun bu günə qədər diqqəti çox cəlb etməməsinin başlıca səbəblərindən biri də budur ki, o hansı bizneslə məşğul olursa-olsun mütləq bu işi şəriklə görür və şərikləri özündən qat-qat yüksək vəzifədə olanlardır. Buna görə də Razim Məmmədov bu məmurların kölgəsinə çəkilməklə diqqətdən yayına bilir. Amma deyəsən, icra başçısının bu fəndi artıq hamıya məlum olub və hazırda onun sərvətinin yüz milyonlarla manat olduğu söylənilir.
«Unikal» olaraq, keçən ilin axırlarında biz də yazmışdıq ki, Razim Məmmədovun son illər həddindən artıq varlanması və bunu ictimaiyyətə nümayiş etdirməsi hiddət yaradıb. Bundan əlavə, onun rəhbərlik etdiyi Xətai rayonunda narazılıqların artması və bunun kütləvi hal alması da vəziyyəti daha da kritikləşdirib. Belə ki, yaxın günlərdə onun karyerasını bitirəcək qərarın verilməsi istisna olunmur.
İstisna deyil ki, Hesablama Palatasının adıçəkilən icra başçısının fəaliyyətini təftiş etmək barədə qərar verməsi onun «vurulmasını» sürətləndirsin. Çünki həmin yoxlamalarda dövlət vəsaitlərinin xərclənməsində yol verilən nöqsanların üzə çıxarılması ehtimalı kifayət qədər yüksəkdir. Belə fikirlər səslənir ki, bir çox məmurlar məhz rəhbərlik etdikləri qurumlar üçün ayrılan büdcə vəsaitlərini təyinatsız xərcləməklə fantastik sərvət sahibinə çevrilirlər.
Razim Məmmədovun da belə məmurlardan biri ola biləcəyinə şübhə edilmir. Əks təqdirdə, onun geniş biznes imkanlarını və şəxsi mülkləri hansı qaynaqlar hesabına əldə etdiyi barədə sual meydana çıxır.
Hesablama Palatasının Xətai rayon İcra Hakimiyyətində aparacağı yoxlamalar nəticəsində ortaya ciddi maliyyə pozuntularının ortaya çıxması yuxarıda səslənən versiyanı təsdiqləyəcək. Bunun isə Razim Məmmədovun «vurulmasını» sürətləndirə biləcəyi ehtimalı yetərincə böyükdür.
Seçki ilində — qarşıdan gələn parlament seçkiləri ərəfəsində bir çox rayon icra başçılarının vəzifəsindən kənarlaşdırılacağına dair xəbərlər xeyli intensivləşib. Hesablama Palatasının gözlənilən yoxlamaları belə icra başçılarından birinin məhz Razim Məmmədov olacağına heç bir şübhə yeri qoymur.

Bunu da oxuyun

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Previous Post

Qalmaqallı icra başçısına «qara xəbər»

Next Post

Dövlət Dəmir Yolunun mühafizəçisi həbs olundu

Bənzər yazılar

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

Nyu-Yorkda uşaqlar üçün romantik süni intellekt botları məhdudlaşdırıldı

29 Oktyabr 2026 - 16:46

Nyu-Yorkda uşaqlarla dostluq və romantik münasibətləri imitasiya edən çat-botların istifadəsi məhdudlaşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə ştat qubernatorunun saytında...

Next Post

Dövlət Dəmir Yolunun mühafizəçisi həbs olundu

Dövlət Dəmir Yolunun mühafizəçisi həbs olundu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13
ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.