İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ administrasiyasının İranla gərginliyə münasibətini tənqid edərək dedi: “Zorakılıqdan, pozulmuş vədlərdən və saxta xəbərlərdən təsir gücü kimi istifadə etmək uğursuz bir strategiyadır. Faktları qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha çox teatr lazım deyil”.
Elchi.az xəbər verir ki, Qalibaf ABŞ administrasiyasının İranla gərginliyə münasibətini tənqid etdi. Sosial media hesabında ABŞ prezidenti Donald Trampın adını çəkmədən verdiyi açıqlamada Qalibaf Vaşinqtonun siyasətini “teatr diplomatiyası” adlandırdı.
Qalibaf ABŞ-ın mövqeyi ilə bağlı paylaşımında bildirib ki, “Böyük bir hücum gəlir… Gözləyin, unudun, onlar danışıqlar aparmaq istəyirlər”. Bu, teatr diplomatiyasının təkrarlanan dövrüdür. Zorakılıqdan, pozulmuş vədlərdən və saxta xəbərlərdən təsir gücü kimi istifadə etmək uğursuz bir strategiyadır. Faktları qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha çox teatr lazım deyil”.
Şayəstə





















