"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Qalib xalqımız daha yaxşı yaşamaq haqqına sahibdir”-Qüdrət Həsənquliyev

19 Sentyabr 2025 - 13:27
in Cebhe-banner, aktual-banner, MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Elchi.az müsahibəni təqdim edir:

-Qüdrət bəy, Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə əlaqədar konfrans keçirildi.Tədbir və müzakirəyə çıxarılan mövzu ilə əlaqədar fikirlərinizi bilmək istərdik…

-Tədbir Milli Məclisin sədri Sahibə xanımın təşəbbüsü ilə çox əlamətdar hadisəyə həsr olunmuşdu. Buna görə Sahibə xanıma, tədbiri yüksək səviyyədə təşkil etmiş Mİlli Məclisin Aparatına öz təşəkkürümü bildirirərm. Konfransda Konstitusiya Məhkəməsinin sədri, deputatlar, müxtəlif dövlət orqanlarının rəhbərliyində təmsil olunan tanınmış şəxslər, elm adamları iştirak edirdi. Moderatorun tez-tez çıxışlara yersiz iradları, şərh və əlavələri ümumi ab-havanı korlasa da, çox maraqlı çıxışlar oldu.

Mən xalqımızı müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olan “Dövlət Suverenliyi Günü” münasibətilə təbrik edirəm. Qarabağın azadlığı, torpaqlarımızda dövlət suverenliyinin bərpası həm də mərhum prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, 20 sentyabrda “Əsrin Müqaviləsi”ni imzalamağı bacardı. Buna mane olmaq istəyn dövlətlərlə anlaşa, onları neytrallaşdıra bildi. 20 sentyabrda – bu uğurlu gündə, Prezident İlham Əliyev Qarabağ üzərində dövlət suverenliyini bərpa etdi, erməni faşizminə, işğala son qoydu. Neft pulları hesabına güclü ordu qurduq, müttəfiqlər qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də görülən işlər əsasən neft gəlirləri sayəsində baş verir.

Buna görə 20 sentyabr – “uğur gününün” dövlət bayramı kimi qeyd olunmasını təklif edənlərdən biri və bəlkə də birincisi mən idim. Çox şadam ki, həmin günü sabah bayram kimi qeyd edəcəyik, eyni zamanda böyük dövlət xadimi Heydər Əliyevi böyük sayğı və ehtiramla anacağıq.

Təklif edirəm 10 noyabr 1992-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunun əvəzinə yeni , “Azərbaycan Respublikasının orden və medalları haqqında” və ya “Dövlət təltifləri haqqında” yeni qanun qəbul edək. Yeni qanuna belə bir norma daxil edək ki, Azərbaycan Respublikasının Ali Baş komandanı Milli Məclis tərəfindən təltif olunur. Dövlət təltiflərinin təqdim olunma proseduru və geri alınma qaydaları da bu qanunda öz əksini tapmalıdr. Cabir Novruzun gözəl bir şeri var , “Sağlığında qiymət verin insanlara.”Bayram ərəfəsində bu məsələni qaldırmağımın məqsədi də odur ki, Ali Baş komandan kimi İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasındakı müstəsna xidmətlərini nəzərə alıb, onu, kənardan kimin nə deyəcəyinə, hansı uzağa gedən nəticələr çıxaracağına əhəmiyyət vermədən, təsis olunduğu andan bu günə kimi heç kəsə verilməmiş, Azərbaycan Respublikasının Ali Hərbi Ordeni “Şah İsmayıl Ordeni” ilə təltif edək və əvvəllər də təklif etmişdim ki, Şuşada tikilən məscid onun adını daşısın. O zaman əxlaqsız insanların hücumları ilə üzləşdim, inşallah vaxt gələr layiqli cəzalarını alarlar. Şuşada tikilən yeni məscidə onun adının verilməsi çox ədalətli olar. Bu, Allaha da xoş gedər. İlham Əliyev inanclı adamdır, Qarabağı Allahın köməyi ilə işğaldan azad etdi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına da məscidlərin bərpası ilə başlayır. Bundan başqa, təklif edirəm Şuşa Bəyannaməsinin imzalandığı yerdə Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən möhtəşəm bir abidə ucaldaq. Başqa bir möhtəşəm abidəni isə Xankəndində Azərbaycan əsgərinin şərəfinə yüksəldək.

Qələbəmizə, qələbəmizdə xidməti olanlara, şəhidlərimizə, qazilərimizə verdiyimiz, verəcəyimiz yüksək qiymət özümüzə, xalqımıza verdiyimiz qiymətdi. Erməni faşizmi üzərində qələbəmiz bizi daha böyük uğurlara, daha böyük quruculuq işlərinə və qələbələrə ruhlandırmalıdr. Qalib xalqımız daha yaxşı yaşamaq haqqına sahibdir. Biz onlara bu imkanı yaratmalıyıq. Xalqımızın indiki sosial inkişaf göstəricilərini nəzərə alıb nə indi, nə yaxın gələcəkdə xalqdan böyük dəyişikliklər üçün sosial sifariş gözləməməliyik. Prezidentə inanan və ondan inkişaf üçün dəyişiklik gözləyən xalqımızın bugünkü susqunluğu onun həyatından razı olması kimi qəbul olunmamalıdır. Böyük quruculuq işlərinə başlamasaq insanlarımızın yaxşı yaşamaq üçün bir-birinin haqqını çeynəyəcəklərini, güclülərin zəifləri, səlahiyyətli şəxslərin sadə vətəndaşları, kiçik və orta sahibkarları istismar edəcəyini, ali insani dəyərlərin aşınacağını müşahidə edəcəyik. Bütün bunları önləmək üçün hökumətin fəaliyyətinə və qanunların icrasına nəzarət mexanizmləri nəzərdə tutan yeni Konstitusiya, müasir qanunlar və qərarlar qəbul etməliyik. Qanunların icrasına nail olmaqla çalışmalıyıq ki, cəmiyyətimiz inkişaf etsin, Allahın kölgəsi həmişə üzərimizdə də olsun, köməyimizə çatsın, bizi bir daha ərazi bütövlüyümüzlə, qaçqın – köçkün ağrı-acısı, vətəndaş qarşıdurması ilə sınağa çəkməsin, bizdən üz döndərməsin! Bir an olsun yaddan çıxarmamalıyıq ki, Allah bizə həm səmadan, həm daxildən – vicdanımızla, həm də kənardan xalqın gözü ilə nəzarət edir.

Onu da qeyd edim ki, Prezident Müstəqil Azərbaycan dövlətinin ilk baş naziri Fətəli xan Xoyskinin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzalayıb. Rəsulzadənin, Xoyskinin və Topçubaşovun qəbirlərinin Azərbaycana gətirilməsi tariximizə verdiyimiz yüksək qiymət olar, onların və silahdaşlarının ruhunu şad edərdi…

Previous Post

“İşığa doğru” filminin çəkilişləri yekunlaşıb

Next Post

Bakı 14 tələbəni Qəzzadan təxliyə etdi

Bənzər yazılar

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Next Post
Rəsmi Bakıdan Paşinyana cavab: Şübhələri artırır…

Bakı 14 tələbəni Qəzzadan təxliyə etdi

Formula-1: İkinci sərbəst yürüş başladı

Formula-1: İkinci sərbəst yürüş başladı

Comments 1

  1. Fidan İsmayılova says:
    1 il ago

    Məqalədə Qüdrət Həsənquliyevlə razılaşmamaq çətindir, çünki o, haqlı olaraq müstəqilliyimizin və suverenliyimizin qazanılmasında əsas rolu olan şəxsləri və hadisələri vurğulayır. Əsrin müqaviləsi və Qarabağın azad edilməsi kimi mühüm hadisələr müstəqilliyimizin möhkəmlənməsində əhəmiyyətli rol oynamışdır. Eləcə də, xalqımızın daha yaxşı yaşamaq haqqı olduğu fikri tamamilə yerindədir.

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Misir: İranla yeni müharibə daha dağıdıcı olacaq

Misir: İranla yeni müharibə daha dağıdıcı olacaq

31 Oktyabr 2026 - 14:42
Ukrayna Rusiyanın üç neft emalı zavodunun yerləşdiyi sənaye zonasını bombardman etdi

Ukrayna Rusiyanın üç neft emalı zavodunun yerləşdiyi sənaye zonasını bombardman etdi

31 Oktyabr 2026 - 13:55
İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 13:32
Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

31 Oktyabr 2026 - 13:07
31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42
Böyük Britaniya İrana xəbərdarlıq etdi

Böyük Britaniya İrana xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 12:21

FHN yanğın-taktiki təlim keçirib – VİDEO

31 Oktyabr 2026 - 12:10
Bakıda maşın velosipedçini vuraraq öldürüb

Bakıda maşın velosipedçini vuraraq öldürüb

31 Oktyabr 2026 - 11:51
Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

31 Oktyabr 2026 - 11:30
Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

31 Oktyabr 2026 - 11:13
Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

31 Oktyabr 2026 - 10:53
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

31 Oktyabr 2026 - 10:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.