"Qalatasaray" ÇL-də "Arsenal" və "Borussiya" ilə eyni qrupda
Bu gün Monakoda Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatma nəticəsində qitənin 32 ən güclü komandasının rəqibləri bəlli olub. Bu 32 komandadan 22-si birbaşa qrup mərhələsinə yüksəlmişdi. Qalan 10 klub isə təsnifat mərhələsinin qalibləridir.
Azərbaycanda da xeyli azarkeşi olan Türkiyənin "Qalatasaray" klubu D qrupunda "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) və "Anderlext"ə (Belçika) rəqib olub.
Qrupların tərkibi belədir:
A qrupu: "Atletiko" (İspaniya), "Yuventus" (İtaliya), "Olimpiakos" (Yunanıstan), "Malmö" (İsveç).
B qrupu: "Real" (İspaniya), "Bazel" (İsveçrə), "Liverpul" (İngiltərə), "Ludoqorets" (Bolqarıstan).
C qrupu: "Benfika" (Portuqaliya), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Monako" (Fransa).
D qrupu: "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Qalatasaray" (Türkiyə), "Anderlext" (Belçika).
E qrupu: "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), ÇSKA (Moskva, Rusiya), "Roma" (İtaliya).
F qrupu: "Barselona" (İspaniya), PSJ (Fransa), "Ayaks" (Hollandiya), APOEL (Kipr).
G qrupu: "Çelsi" (İngiltərə), "Şalke" (Almaniya), "Sportinq" (Portuqaliya), "Maribor" (Sloveniya).
H qrupu: "Porto" (Portuqaliya), "Şaxtyor" (Ukrayna), "Atletik" (İspaniya), BATE (Belarus).