Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
“Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır”, – Lavrov qeyd edib.