"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

09 Dekabr 2016 - 09:29
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

“Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?Komitə sədri Əli Həsənov dövlət məmuru olaraq dövlət vəsaitlərindən səmərəli istifadə olunmasında bilavasitə maraqlı olmalıdır, amma…

 
Milli Məclisdə 3 gün davam edən büdcə müzakirələri kifayət qədər şişmiş bir problemi – qaçqın və məcburi köçkünlərin sosial imtiyazlarından sui-istifadə hallarını gündəmə gətirdi. Neft gəlirlərinin güclü axını şəraitində diqqəti cəlb etməyən, bəlkə də büdcəyə o qədər də yük olmayan bu məsələ neft gəlirləri  kəskin azalandan və  “kəmərlər”in  sıxılmasından sonra aktuallaşıb. 
Halbuki Hesablama Palatasının açıqladığı audit nəticələri ilə ciddi müzakirələrə yol açan “qaçqın güzəştləri”nin ən azı optimallaşdırılmasının zamanı çoxdan yetişmişdi. Nədir bu “qaçqın güzəştləri”:   ayda adambaşına 150 kvt elektrik enerjisi, 35 kub qaz, 5 kub suyu pulsuz, yəni dövlət hesabına əldə etmək, ərzaq təminatı üçün vəsait almaq, zibil pulu, hətta evində telefonu olanlar üçün aylıq abunə haqqını ödəməmək.  Bundan əlavə, dövlət ali təhsil müəssisələrinin ödənişli bölməsinə daxil olan qaçqın övladları təhsil haqqını ödəməkdən azaddırlar və sair.
Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənovun dediyinə görə, hazırda bu güzəştlərdən yararlanan qaçqınların sayı 1,2 milyon nəfərə çatıb. Bu isə yalnız elektrik enerjisinə görə ayda 12,6 milyon manat (Kvt-ı 7 qəpikdən olmaqla), ildə isə 151,2 milyon manat deməkdir. Qaz güzəşti üzrə isə ayda 4,2 milyon manat (qazın indiki – artmayan qiyməti ilə), ildə isə 50,4 milyon manat büdcə xərci alınır. Yenə də Əli müəllimin məlumatına görə, ötən illər ərzində qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılmasına bütün mənbələr üzrə nə az, nə çox – 6,1 milyard manat xərclənib.
Image result for Əli Həsənov
Zamanında xüsusilə qaçqın qəsəbələrinin salınması prosesindəki qanunsuzluqlardan, mənimsəmə faktlarından yazan jurnalistləri qaçqınların bir addımlığına buraxmamaq üçün bütün vasitələrdən istifadə edən “Qaçqınkom” sədri bu dəfə sıravi jurnalist deyil, Hesablama Palatası ilə üz-üzədir.
Və aparılan auditin nəticələrini şübhə altına almağa cəsarət etməsə də, qaçqınların sosial güzəştləri adı altında büdcədən çırpışdırılan pulların(hələlik, söhbət qaz-işıq puluna görə oğurlanan bir neçə yüz min manatdan gedir) hesabının sorulmasını əngəlləmək üçün açıq şəkildə təhdidə keçir: “Kiminsə hansı bir idarə, komitə və ya nazirə sözü varsa, öz sözün desin. Hesablama Palatasını burda qeyd etmək lazım deyil.  Hesablama Palatası şəffaf qurumdur və şəffaf da işləyir. Hesablama Palatasının rəyində yeyinti anlayışı yoxdur. Yeyinti, filan başqa şeydir.  O aktda yazılıb ki, qaçqın və məcburi köçkünlərin yemək xərci siyahısı ilə elektrik, su və qaz təchizatı sayında fərq var.”
Əli Həsənov həmçinin qeyd edib ki, “son zamanlar  qaçqın və məcburi köçkünlərə qarşı  hücumlar artıb”: “Ölkə başçısı isə bu təbəqəyə qarşı çox həssaslıqla yanaşır”. Qaçqınların statusunun və güzəştlərin ləğvi ilə bağlı fikirlərə toxunan Ə. Həsənov deyib ki, bu Azərbaycanın daxili işidir və kimsə buna müdaxilə edə bilməz: “ Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, bunu dövlət bilər. Bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə narazılıq yaradıb. Onları niyə görə incitməliyik?”(APA).
Göründüyü kimi, “Qaçqınkom” sədri güzəştlərin hətta çatdırılma mexanizminin dəyişməsi təkliflərindən belə ciddi şəkildə narahat olub. Öz narahatlığını isə qaçqınların adına bağlayıb, qaçqın və məcburi köçkünlərə qarşı hansısa hücumların olması, onların isə bundan narazı qalmaları şəklində təqdim edir. Bu açıqlamalardan sonra haradasa qaçqın etirazlarının təşkil olunacağını da gözləmək mümkündür.
Image result for Milli Məclis
Yuxarıda qeyd etdiyimiz  kimi, qaçqın və məcburi köçkünlərin xüsusilə enerji və qaza görə ödənişlərinin büdcə hesabına aparılması mexanizminin dəyişməsi çoxdan zərurətə çevrilib. Rayonlarda mənzillə təmin olunan, Bakı və ətraf qəsəbələrdə özlərinə güzəran qurub, mənzil alan – ev tikən qaçqınlar üçün bu güzəştlər ümumiyyətlə, ləğv olunmalıdır. Belələrinin sayı isə yüz minlərlədir. Qaçqınlar var ki, Bakı və ətraf qəsəbələrdə bir neçə evə sahibdir, onları kirayə verir və heç birinə görə qaz-işıq pulu ödəmir. Yaxud burada evi-eşiyi olub, qaçqın qəsəbəsində və ya Bakıdakı yataqxanalarda da qeydiyyatda olanlar var. Hesablama Palatasının bir qaçqının bir neçə yerdə qeydiyyatda olmasına dair aşkarladığı faktlar məhz belə hallarla bağlıdır.
Bəs bu kimi hallardan “Qaçqınkom”un xəbəri yoxdurmu? Əlbəttə ki, var. Bu qurumun yerlərdəki nümayəndələri hər qaçqın barədə ətraflı məlumata sahibdirlər və bir qaçqının tutalım ki, enerji güzəşti üzrə 500-600 manat limitinin yığıldığını bilməmiş deyillər. Və bilə-bilə də yenidən onun kartına vəsait yükləyirlər. Halbuki 150 KVt elektrik enerjisinin pulsuz olması heç də həmin enerjinin pulunun istifadə vəziyyətinə baxmadan mütləq olaraq ödənilməsi demək deyil. Sözsüz ki, bu illər ərzində yalnız sərf olunan qaz-enerjinin pulunun ödənməsi üçün mexanizmin yaradılmamasında həm elektrik və qaz təchizatçıları, həm də və daha çox “Qaçqınkom” məsuliyyət daşıyır.
Image result for Qaçqınların
Gələn ildən büdcə xərclərini azaltmaq üçün qaçqınlara verilən qaz-enerji güzəştlərinin birbaşa onların özünə çatdırılması – “Qaçqınkom”un araçılığı olmadan əldə edilməsi təklif olunur.
“Qaçqınkom” sədrini qeyzləndirən bu təklif əslində qaçqın güzəştləri ilə bağlı sui-istifadə hallarının tam aradan qaldırılması üçün yetərli deyil. Yuxarıda da qeyd etdiyim kimi, bir kateqoriya qaçqınların bütün sosial güzəştlərinin ləğv olunması, əsl ehtiyacı olanlar üçün effektiv mexanizmin yaradılması və lazım gələrsə, onlar üçün güzəştlərdə artımların aparılması gərəkdir.
Image result for Milyon manatlarla
Eyni zamanda, büdcə xərclərini azaltmaq üçün “Qaçqınkom”un strukturunda ixtisarların edilməsi, bir çox rayonlardakı nümayəndəliyin ləğv olunması məqsədəmüvafiq olardı.
Beynəlxalq miqyasda işğal faktorunu diqqətdə saxlamaq üçün “Qaçqınkom”un statusunun saxlanması normaldır. Lakin qaçqın statusunda, xüsusilə sosial güzəştlərin tətbiqi ilə bağlı dəyişikliklərin edilməsi zərurətə çevrilib.
 
Sonda bir məsələni də qeyd edək ki, hörmətli Əli müəllim ilk növbədə dövlətin yüksək vəzifəli məmuru olaraq büdcə xərclərinin optimallaşdırılmasında, dövlət vəsaitlərindən səmərəli istifadə olunmasında bilavasitə maraqlı olmalı, bu istiqamətdə atılan addımların effektivliyini təmin etmək üçün çalışmalıdır, nəinki təklifləri qılıncla qarşılamalıdır. Əks halda, ortaya “maraq nədir” sualı çıxır…
Previous Post

“Qaçqınkom” qaçqın güzəştlərindən niyə əl çəkmir?

Next Post

OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi neft hasilatının azaldılmasını müzakirə etməyə razıdır

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi neft hasilatının azaldılmasını müzakirə etməyə razıdır

OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi neft hasilatının azaldılmasını müzakirə etməyə razıdır

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.