“Qaçaq” təyyarə qəzasına uğrayıb


ABŞ KİV-nin məlumatına görə, havaya qalxdıqdan bir qədər sonra aktyor yaxın aeroportla rabitə saxlayıb, təyyarənin mühərrikində problemlər olduğunu deyib.
Los-Anceles yanğınsöndürmə xidmətinin məlumatına görə, pilot qəzalı enişdən sonra sağ və huşu yerində olub; onun adı çəkilməmişdir.
Xidmətin nümayəndəsi söyləyib ki, briqada hadisə yerinə gələndə “orta ağırlıqlı xəsarət almış” zərərçəkəni görüblər, onun halı isə “orta ilə ağır arasında” olub.
Hazırda istintaq qəzanın səbəblərini araşdırır.
Harrison Ford “Qaçaq”, “Vətənpərvər oyunları”, “Ulduz müharibələri” və İndiana Cons haqqında filmlərlə məşhurdur.