İsrail ordusu Qəzza zolağında 208 gündür ki , qırğınlarını davam etdirir.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi 4 hücumda 33 nəfərin öldüyü, 57 nəfərin yaralandığı bildirilib.
Açıqlamada, 7 oktyabrdan bu yana həyata keçirilən hücumlarda həyatını itirənlərin sayının 34 min 568-ə, yaralıların sayının isə 77 min 765-ə yüksəldiyi bildirilib.
Nuranə Məmmədova