İsrail ordusunun xalqı ac-susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu, yardımların onlara çatmasına mane olduğu Qəzza zolağına hücumlarda həyatını itirən fələstinlilərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 32 min 226-ya yüksəlib.
Elchi.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 170 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail qüvvələrinin Qəzza zolağına qarşı son 24 saatda təşkil etdiyi hücumlarda daha 84 fələstinlinin həyatını itirdiyi, 106 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 32 min 226, yaralıların sayının isə 74 min 518-ə çatdığı bildirilib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Nuranə Məmmədova