İsrailin həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada yüzlərlə insan ölüb, minlərlə insan yaralanıb. Ölənlər arasında çoxlu uşaq olsa da, bölgədən çəkilən fotoşəkillər faciəni üzə çıxarıb.
Elchi.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.
Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.
Qəzzadan edilən hücumlarda yüzlərlə israilli, İsraildən isə yüzlərlə fələstinli həyatını itirib.
Hücumlarda yüzlərlə uşaq həyatını itirərkən, xəbər agentliklərinin çəkdiyi fotoşəkillər uşaqların necə zorakılıq hədəfinə çevrildiyini ortaya qoydu.
Şayəstə Hüseynova