Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Qəzza zolağındakı vəziyyətin hələlik tam atəşkəs hesab edilə bilməyəcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Şeyx Məhəmməd Doha Forumunda çıxış edərkən bildirib.
“İndi kritik bir mərhələdəyik; bu, hələ son deyil. İndiyə qədər əldə etdiklərimiz tam atəşkəs hesab edilə bilməz. İsrail qüvvələrinin tamamilə geri çəkilməsi, sabitliyin bərpası və insanların sərbəst hərəkəti olmadan atəşkəs mümkün deyil, bu isə hələ əldə edilməyib”, – deyib.
Məryəm





















