Qətər İranın Küveyt və Bəhreynə qarşı davamlı hücumlarını kəskin şəkildə pisləyib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, Doha bu hücumları hər iki ölkənin suverenliyinin kobud şəkildə pozulması və beynəlxalq hüquq normalarına zidd addım hesab edir.
Nazirlik regionu bu cür əsassız hücumların fəsadlarından qorumağın, bölgədə və beynəlxalq müstəvidə təhlükəsizliklə sabitliyin bərpası üçün gərginliyin azaldılması istiqamətində iş aparmağın vacibliyini vurğulayıb.
Bəyanatda, həmçinin Qətərin Küveyt və Bəhreyn ilə tam həmrəy olduğu, onların öz suverenliyi və təhlükəsizliyini qorumaq üçün həyata keçirdikləri bütün tədbirləri dəstəklədiyi qeyd olunub.




















