Elchi.az xəbər verir ki, qərbdən şərqə qədər bütün Afrikada əsrlər boyu Qərb dövlətləri tərəfindən həyata keçirilən qul ticarəti qitədə hələ də öz izini saxlayır.
2 dekabr 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) insan alveri, cinsi istismar, uşaq əməyi və məcburi nikah kimi müasir köləliyin kökünü kəsmək məqsədi daşıyan qanun layihəsini qəbul etdi və dekabrın 2-si “Köləliyin ləğvi günü” kimi qeyd olundu.
15-19-cu əsrlər arasında köləlik dedikdə ağla gələn ilk Qərb dövlətləri milyonlarla Afrika yerlisini öz torpaqlarına və koloniyalarına köçürmək üçün bir-biri ilə yarışdılar.
Qərbi Afrika uzun illər qul ticarətinin əsas dayanacağı olsa da, bir çox ölkələr öz müstəmləkələrini genişləndirərək Şərqi Afrika və Cənubi Afrika limanlarından qulları “Yeni Dünya”ya aparıblar.
Afrikadan Atlantik okeanı üzərindən daşınan qulların dəqiq sayı bilinməsə də, bu rəqəmin 25-30 milyon civarında olduğu təxmin edilir.
Şayəstə