Qərb UkQərb Ukrayna müdafiə nazirinin qadın olmasını istəyirrayna müdafiə nazirinin qadın olmasını istəyir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“İndi Qərb mətbuatının artıq yazdığı davamlı korrupsiya qalmaqalları, eləcə də bir sıra sahələrdə satınalmalardakı uğursuzluqlar fonunda Reznikovun (müdafiə naziri – red.) istefası həqiqətən realdır. Hər halda hakimiyyət hansısa formada cavab verməlidir. Siyasi dairələrdə yayılan söz-söhbətlərə görə, qərbli tərəfdaşlar Müdafiə Nazirliyində qadın rəhbər görmək istəyirlər”, – məlumatda qeyd olunub.
Bildirilib ki, namizədlər arasında fəal Mariya Berlinskaya, baş nazirin müavini İrina Vereşşuk, Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru Darya Kalenyuk var.