Qərb istənilən vasitələrdən, o cümlədən şantajdan istifadə edərək, Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etməyə çalışır.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.
“Bildiyim qədər, bu tələblər heç bir vasitədən, o cümlədən sərt şantajdan çəkinmədən Türkiyəni bizə qarşı tətbiq edilən sanksiyalara qoşulmağa məcbur etməyə çalışanlar tərəfindən artıq irəli sürülüb. Bunu sübut edə bilərəm. Ancaq təbii ki, qərar bizim deyil, onu Türkiyə, onun hökuməti, iş adamları və xalqı qəbul edəcək”, – səfir bildirib.
Banklar və enerji sektoru hədəfdə: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya qarşı 22-ci sanksiyalar paketini elan edib. Təxminən 60 Rusiya bankının beynəlxalq ödəniş...





















Son şərhlər