"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qənirə Paşayeva Qaraxanlıda seçicilərlə görüşüb

24 Oktyabr 2015 - 10:53
in XƏBƏR LENTİ
FacebookVatsap
Qənirə Paşayeva Qaraxanlıda seçicilərlə görüşüb

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Qaraxanlı kəndinin sakinləri ilə görüşüb.Seçicilər qarşısında çıxış edən Qənirə Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə  məlumat verib.  Cənab Prezidentin son günlər imzaladığı fərmanlar barədə də danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, bütün bu addımlar bölgələrdə kiçik və orta sahibkarlığın inkişafına təkan verməklə yanaşı insanlarımızın həyat səviyyəsinin inkişafına da özünün müsbət töhfəsini verəcək. Çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb: “10 il deputat fəaliyyətim dövründə Tovuzda nə ailəm üçün biznes qurdum, nə də qohumlarımın yüksək vəzifələrə təyini xahişini etdim. Bu illər ərzində Tovuzda nə xahişim olubsa sizinlə, seçicilərimizlə bağlı olub və mən hər zaman əlimdən gəldiyi qədər sizin problemlərinizin həlli üçün imkanlar və səlahiyyətim daxilində əlimdən gələni etməyə çalışdım. Hər zaman sizin fikir və təkliflərinizi qanunların müzakirəsi zamanı səsləndirməyə çalışdım və ölkəmizin dünyada daha da geniş tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha da geniş yayılması istiqamətində dövlətimizin geniş fəaliyyətinə dəstək olmağa çalışdım. Bu gün regionda və fünyada gedən bir sıra proseslər barədə danışan millət vəkili Qənirə Paşayeva bizim  hamımız üçün dövlətimizdən, onun müstəqilliyindən dəyərli heç nə ola bilməz. Bizim inkiafımız, ortaya çıxan problemlərimizin həlli dövlətimizin inkişafından keçir. İnkişaf isə sabitlikdən. Ona görə də ölkəmizin sabitliyi, inkişafı və ərazi bütövlüyümüzün bərpası üçün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək daha da çox çalışmalıyıq. Və böyük və kiçik olmasından asılı olmayaraq hər bir vəzifə sahibi insanlarımızın qayğı və problemlərinə həssaslığı daha da artırmalı, onların həlli üçün çalışmalıdır, onları artırmaq üçün deyil. Cənab Prezident müşavirələrinin birində söylədiyi kimi biz hamımız xalqa xidmət etməliyik. Mən 10 il deputatlıq fəaliyyətimdə hər zaman bu düşüncə ilə hərəkət etdim və sizə xidmət etməyi özümə şərəf bildim” deyən millət vəkili Qənirə Paşayeva  son 10 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Qaraxanlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını deyib. Qaraxanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, 10 illik fəaliyyəti dövründə Qaraxanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. 10 illik fəaliyyəti ilə bağlı hesabat verən millət vəkili Qənirə Paşayeva bildirib ki, bundan sonra da kənd sakinlərinin həllini gözlədiyi problemlərin həllini tapması üçün müvafiq qurumlarla hər zaman müzakirələr apararaq dəstək göstərməyə çalışacaq. “Bəzən bir problemin həlli üçün 1 qurumun rəhbərinə 3-4 dəfə müraciət etmişəm, amma bundan heç zaman çəkinməmişəm. Çünki sizin probleminiz mənim problemimdir.. Ölkəmizin hüdudlarından kənarda beynəxalq qurumlardakı fəaliyyətimdə də hər zaman sizi, ölkəmizi layiqli şəkildə təmsil etməyə  çalşmışam”, – deyən Qənirə Paşayeva 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət vəkili Qənirə Paşayeva təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq sizə etimadımız tamdır və yenidən sizə etimad göstərəcək, səs verəcəyik deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib. O bildirib ki, kəndin içməli su məsələsinin yaxşılaşdırılması üçün bir neçə dəfə “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynov ilə müzakirə aparıb. “Azərsu” rəhbərinin kəndə yeni su xəttinin çəkilməsi layihəsini hazırlamaq üçün Bakıdan bir qrup da göndərdiyini və məsələnin gələn il içərisində həllini tapacağını söylədiyini deyən Qənirə Paşayeva bu məsələni bundan sonra da daim diqqətdə saxlayaraq həllini tapması üçün əlindən gələni edəcəyini deyib.  Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini vurğulayıb. Hər iki məsələni bir millət vəkili olaraq daim diqqətdə saxladığını deyən Qənirə Paşayeva yenidən onlarla bağlı  “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərlikləri ilə  müzakirə aparacağını, sakinlərin bu istiqamətdə fikir və təkliflərini yenə də onlara çatdıracağını deyib. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin kənddə yaşayan  fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.  Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.  Seçicilər millət vəkili Qənirə Paşayevaya siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız və bu dəstək davam edəcək və inanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız deyərək  uğurlar diləyiblər.







Bunu da oxuyun

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Previous Post

Qənirə Paşayeva Qaraxanlıda seçicilərlə görüşüb

Next Post

​Türkiyə parlamentinin keçmiş sədri: “Terrorçu PKK-ya 28 dövlət yardım edir”

Bənzər yazılar

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00

Bu gün Beynəlxalq Tərcüməçilər günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da...

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...

Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az- a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib....

Next Post

​Türkiyə parlamentinin keçmiş sədri: "Terrorçu PKK-ya 28 dövlət yardım edir"

​Türkiyə parlamentinin keçmiş sədri: "Terrorçu PKK-ya 28 dövlət yardım edir"

Son xəbərlər

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.