İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 21 min 110-a çatıb.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi İsrailin 7 oktyabrdan bəri davam edən hücumlarında can itkisinin 21 mini keçdiyini açıqlayıb.
Nazirlik Qəzzada həyatını itirən fələstinlilərin sayının 21 min 110-a çatdığını açıqlayıb. Yaralıların sayının 55 min 243-ə çatdığı qeyd edilib.
Nazirlik son 24 saat ərzində Qəzzada daha 195 nəfərin öldüyünü, 325 nəfərin yaralandığını bildirib.
Nuranə Məmmədova