Qəzaya uğrayan “Embraer” təyyarəsində Priqojin və Utkin olub

96

Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin, o cümlədən Yevgeni Priqojin və Dmitri Utkinin adlarını açıqlayıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Təyyarədə həmçinin Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev və üç ekipaj üzvü: təyyarə komandiri Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov, stüardessa Kristina Raspopova olub.
Çekalovun adı daha əvvəl ABŞ-ın sanksiya siyahılarında Priqojinə yaxın şəxs kimi qeyd olunub.
“Embraer-135 (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib”, – Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib.

Nuranə Məmmədova