Yaponiya Müdafiə Nazirliyi ballistik raketin Şimali Koreyadan buraxıla biləcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bununla əlaqədar Yaponiyanın cənubunda hava həyəcanı elan edilib.
“Şimali Koreya, ehtimal ki, ballistik raket atıb. Məlumat əldə olunan kimi məlumat verəcəyik”, – deyə Yaponiya hərbi idarəsi bildirib.
Qeyd olunur ki, ölkənin cənub bölgəsinin sakinlərinin mobil telefonlarına mümkün buraxılış barədə xəbərdarlıq göndərilib. Okinava prefekturasında hava hücumu ilə bağlı xəbərdarlıq edilib. Sakinlərə binalara və ya zirzəmilərə sığınmaq tövsiyə olunur.
Nuranə Məmmədova