AXP sədri Pənah Hüseyn Milli Şura sədri Cəmil Həsənlinin qızının həbsi qərarına etiraz edib. Musavat.com-a göndərdiyi mətndə P. Hüseyn yazır: “Şikayətçinin belə olmadığı bir avtoqəza hadisəsinə görə Cəmil Həsənlinin qızına həbs cəzasının verilməsi qərəzsiz və ədalətli görünə bilməz. Hər kəs məhkəmənin bu qərarını ən azı dolayısı sifariş hesab edir. O mənada ki, hakim açıq – aydın Cəmil Həsənlinin qızına ağır cəza verməməkdən qorxub. Hərçənd ki, əksəriyyət başqa cür düşünür. Mən ümid etmək istəyirəm ki, apellyasiya mərhələsində bu biabırçılığın aradan qaldırılması imkanından istifadə ediləcəkdir”.
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
İran xalqının bütün qanuni hüquqları rəsmən tanınmalıdır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Dövlətinin...

















