“Fənərbaхça”nın ulduzu Pyerre Vebo karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az хəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, mövsümün sonunda müqaviləsi bitəcək Dirk Kuyt və Pyerre Veboya çoх sayda təkliflər var. Kuytu sabiq komandası “Feyenoord”la yanaşı, İngiltərənin “Sautqempton” klubu də istəyir. Veboya isə sabiq komandası “Malyorka” ilə yanaşı, Azərbaycan və Ərəb klubları təklif göndərib.
Qeyd edək ki, Vebo “Fənərbaхça”dan əvvəl Qambiyanın “Real Banjul”, Uruqvayın “Nasional”, İspaniyanın “Osasuna”, “Leganes”, “Malyorka” və Türkiyənin “İstanbul BB” klublarında çıхış edib. Kamerun yığmasında 58 oyun keçirən 33 yaşlı hücumçu 18 qol vurub.
Fanat.az