Rusiya Prezidenti Vladimir Putin dünya liderləri səviyyəsində danışıqlara nail olmaq üçün NATO-nu müharibəyə sürükləmək arzusundadır.
Elchi.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Putinin arzusudur ki, NATO-nu bu konfliktə çəkib, müharibə elan etsin. Bundan sonra dərhal danışıqlar masası arxasına əyləşsin. Bu gün Putin Zelenski ilə danışmağa məcburdur. Əgər o, NATO-nu müharibəyə cəlb edərsə, o zaman danışıqlar Co Baydenlə olacaq. Bəs onda Putin nə edir? O, yenidən dünya lideri olur, ancaq ABŞ buna icazə verə bilməz. Bu müharibənin geosiyasi məqsədlərindən biri də Rusiyanı dünya Olimpindən tamamilə çıxarmaqdır. “Tomahavk” raketlərinin bir yaylım atəşi Rusiyanın bütün hərbi infrastrukturunu darmadağın ediləcək.
Putin bunu çox yaxşı başa düşür. Lakin ona danışıqlar prosesində Bayden, Şolts, Makron səviyyəsində dünya liderləri lazımdır. Sonra Putin onlarla müharibənin nəticələrini müzakirə edəcək. Onun məqsədi də budur”, – Jdanov bildirib.
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır
ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyasının nəzarətdən çıxması ilə bağlı "xəstə bir sui-qəsd"in təşkil edildiyini iddia edib. Sosial media...

















Son şərhlər