Türkiyə diplomatik işi gücləndirib və ümid edir ki, Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə ölkəyə səfər edəcək. Elchi.az xəbər verir ki, Putinin səfərini “Milliyet” qəzeti məlumatlı mənbəyə istinadən yayıb.
Nəşr qeyd edir ki, Putinin səfəri ərəfəsində Ankaranın Qara Dəniz Taxıl Təşəbbüsü qarşısında duran problemləri həll etmək üçün diplomatiyası daha da intensivləşib. Rusiya liderinin NATO üzvü olan ölkəyə səfəri Ukraynada xüsusi əməliyyat başlayandan bəri ilk səfər olacaq.
Qeyd edək ki, daha əvvəl Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə görüşünün vaxtı barədə danışıblar. Ərdoğan administrasiyası danışıqların avqust ayında baş tutacağına ümid etdiyini bildirib. Bundan əvvəl görüşün sentyabrda baş tutacağı güman edilirdi.
Ərdoğan taxıl müqaviləsinin bərpasına nail olmaq arzusunu ifadə edib. Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində əsas ölkə rolunu öz üzərinə götürüb.
Havar Şəfiyeva