Melitopolda səhər saatlarında baş verən partlayış nəticəsində “Vahid Rusiya” partiyasının seçki qərargahının liderlərindən biri Oleq Şostak yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov öz “Telegram” kanalında bildirib.
“Şəhərin tam mərkəzində gecə-gündüz mühafizə olunan faşistlərin yuvası partladı. Məhz orada saxta siyahılar hazırlayır və seçicilərə rüşvət verirdilər. İndi onlar başa düşdü ki, hətta dişlərinə qədər silahlansalar belə, heç bir şey edə bilməzlər. Ukrayna torpağında təhlükəsiz yer tapın”, – Fedorov bildirib.