"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Putinin hərbi kuratoru Bakıda – Kremlin iki hədəfi…

16 Dekabr 2016 - 09:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

 Putinin hərbi kuratoru Bakıda - Kremlin iki hədəfi... Dağlıq Qarabağ ixtilafı ərafında mühüm gəlişmə; Rusiyanın nüfuzlu nəşri Roqozinin Azərbaycana xüsusi tapşırıqla gəldiyini yazır; “Moskva Bakının bir sualına cavab verməlidir və bu cavabı gecikdirə bilməz”; Amerikadan Qarabağda yeni müharibə və neft-qaz kəmərlərinə təhlükə barədə xəbərdarlıq: “Gələn il…”

 
Rusiya baş nazirinin müavini, ölkənin hərbi-sənaye kompleksini kurasiya edən və prezident Vladimir Putinin ən etibarlı adamlarından olan Dmitri Roqozin Bakıdadır. Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın toplantısına qatılacaq Roqozinin prezident İlham Əliyevlə görüşü planlaşdırılır.
 
Ötən saylarımızda vurğuladığımız kimi, Kreml emissarının budəfəki ziyarəti ilk növbədə İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərindən dərhal sonra reallaşması ilə diqqət çəkir. Çünki İsrail Azərbaycan üçün əsas silah tədarükçülərindən və ölkəmizin işğalçı Ermənistan üzərində hərbi üstünlüyünü saxlaması üçün vacib təfərdaşlarından biridir. Təsadüfi deyil ki, Netanyahunun Bakı görüşləri çərçivəsində bu məsələ tərəflər arasında xüsusi müzakirə predmeti olub, bəyanatlarda əksini tapıb. 
Başqa sözlə, yəhudi dövləti Azərbaycanın üz tutduğu silah bazarında Rusiyaya real rəqib statusundadır. O üzdən də bütün bunların Rusiyada diqqət və narahatlıqla izlənməsi təbiidir. Hər necə olmasa, sirr deyil ki, Kreml Azərbaycanı özünə bağlamağın ən etibarlı yollarından birini məhz Bakı ilə silah ticarətində görür. Bu xüsusda Roqozinin budəfəki Bakı səfəri doğrudan da məxsusi önəm və anlam daşıyır.
***
Səfərin əsas hədəflərinə toxunan Rusiyanın nüfuzlu “Kommersant” nəşri yazır ki, Rusiya baş nazirinin müavini Azərbaycanda ilk növbədə hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək, o sırada “İsgəndər M” operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsi ilə bağlı Bakının narahatlığını aradan qaldırmağa çalışacaq. 
 
Image result for Azərbaycan Rusiyadan silah
Musavat.com xəbər verir ki, qəzetin əldə elədiyi məlumatlara görə, Roqozinin prezident Əliyevlə görüşündə ən əvvəl Rusiya və Azərbaycan arasında hərbi-texniki və silah ixracı məsələləri müzakirə olunacaq. “Silah ixracı ilə bağlı danışıqlara isə Rusiya Federal Xidməti direktorunun hərbi-sənaye kompleksi üzrə müavini Andrey Boytsov da cəlb ediləcək. Bakı ilə danışıqlarda iştirak edən rusiyalı rəsmilərin əsas vəzifələrindən biri Rusiyanın Ermənistana verdiyi ”İsgəndər” kompleksləri ilə bağlı Bakıya izahat verməkdir. Çünki azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafını olduqca neqativ qarşılayıblar – hərçənd komplekslərin Ermənistana ötürülməsi indiyədək rəsmən etiraf olunmayıb “, – deyə ”Komersant” öz mənbələrinə istinadən qeyd edib.
Image result for Qarabağ
Qəzet sonda Moskvanın Azərbaycanla Ermənistan arasında hərbi balansı saxlamağa yönəlik səylərindən də yazıb. “Rusiya tərəfi dəfələrlə bəyan edib ki, mürəkkəb regionda qüvvələr balansını gözləməyə çalışır. ”Əgər biz bir dəqiqəliyinə təsəvvür eləsək ki, Rusiya bu roldan imtina edir, o zaman gözəl bilirik ki, bu yer boş qalmayacaq. Silahları başqa yerlərdın alacaqlar və bununla təhlükə azalmayacaq”. Belə bir fikri 2016-cə ilin aprelində baş nazir Dmitri Medvedyev Azərbaycan və Ermənistana silah tədarükü ilə bağlı bildirmişdi” – nəşr əlavə edib.
Image result for Roqozin
***
“D.Roqozinin Bakıya budəfəki səfəri həqiqətən fərqlidir. Rusiya Azərbaycan bazarını itirmək istəmir”. Bu fikir isə “Atlas” Araşdırmalar Mərkəzinin Netanyahu və Roqozinin Bakı səfərləri ilə bağlı hazırladığı təhlil yazısında yer alıb.
“Ona görə də Azərbaycanın İsraildən modern hərbi texnika alması Kremldə təbii narahatlıq yarada bilər. Məsələn, Azərbaycan İsraildən ”İsgəndər” raketlərini üstələyən müdafiə kompleksi alsa, bu Rusiyanın hərbi-sənaye kompleksinin nüfuzuna xələl gətirəcək. Çünki “İsgəndər” raketlərinin İsrailin üstün müdafiə kompleksindən geri qaldığı və Azərbaycana təhlükə yaratmayacağı aşkarlanacaq. Halbuki, Rusiya “İsgəndər” raketlərini Ermənistana məhz ona görə verdi ki, bölgədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını alsın. İndi isə bəlli olacaq ki, əslində Moskva bu addımı ilə əks-nəticə ilə üzləşəcək. Ermənistana “İsgəndər” raketlərinin verilməsinin Moskvanın strateji səhvi olduğu aşkarlanacaq” – təhlildə vurğulanır.
Image result for Atlas Araşdırmalar mərkəzi
Müəllifin qənaətincə, Putinin adamı Bakıda əsasən iki sual ətrafında müzakirələr aparacaq: “Birinci sual: Rusiya Ermənistanda yerləşdirdiyi ”İsgəndər M” raketlərini Azərbaycana satmağa hazırdırmı? İkinci sual: Bakı İsraildən hansı silahlar almaq istəyir ki, onu Rusiya Azərbaycana sata bilər? Əgər birinci suala Roqozin cavab verməlidirsə, ikinci sual rəsmi Bakıya ünvanlanacaq”.
Yazıda o da vurğulanır ki, Roqozin ölkəsinin Azərbaycana daha çox silah satmasını istəyir və bu zaman onu İrəvanın mövqeyi maraqlandırmır: “Ancaq ”İsgəndər” raketlərinin Azərbaycana satılması tək Roqozindən asılı məsələ deyil. Bununla bağlı Rusiya hakimiyyətinin kollektiv qərarına ehtiyac var”.
“Atlas”a görə, Rusiyanın iki variantı var: “Birinci variantda Rusiya Azərbaycana ”İsgəndər” raketlərini satmır və Bakı bu tip raketləri başqa ölkələrdən alır və gəlir də həmin ölkələrə çatır. İkinci variantda Rusiya “İsgəndər” raketlərini Azərbaycana satır və Azərbaycanın hərbi bazarında mövqelərini yenidən möhkəmləndirir. Məntiqlə Moskva ikinci varianta üstünlük verməlidir. Ancaq o halda Rusiya hərbi-strateji müttəfiqi Ermənistanı narazı salmalıdır. Rusiya buna hazırdırmı? Bu sualın cavabı yaxın günlərdə bəlli olacaq. Çünki rəsmi Bakı Rusiyanın Azərbaycana “İsgəndər” raketlərini satıb-satmamasıyla bağlı cavabını çox gözləməyəcək”.
Yazıda Netanyahunun Bakıda müzakirə etdiyi ikinci mövzunun da Kremli ciddi narahat etdiyi bildirilir: “Netanyahu Bakıda dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında tikilən boru xətləri üzərindən Avropaya daşımaq istəyir. Əgər bu reallaşarsa, TAP və TANAP boru xətləri Rusiyanın inşasına başlamağa hazırlaşdığı ”Türk axını”na ciddi alternativ olacaq. Onsuz da Qərb ölkələri Rusiyanın qaz asılılığını azaltmaq üçün Azərbaycan qazına üstünlük verirlər. Ancaq Azərbaycanın qaz ehtiyatı azdır və Rusiya qazına real alternativ deyil. Buna baxmayaraq, əgər İsrail zəngin qaz yataqlarını da TAP və TANAP istiqamətləndirərsə, Azərbaycanla Türkiyənin birgə inşa etdikləri boru xətləri kifayət qədər qazla doldurulacaq”.
***
Beləcə, D.Roqozinin hazırkı səfərində iki mühüm hədəfin güdüldüyü şübhə doğurmur – hərbi (Qarabağ konteksti) və energetika məsələləri. Yeri gəlmişkən, bu arada ABŞ-ın nüfuzlu xarici əlaqələr şurası gələn il Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırıb (virtualaz.org).
Şuranın analitiklərinin gələn il üçün mümkün hərbi risklər və bunun ABŞ-a mümkün təsirləri barədə hazırlaqdıqları hesabatda deyilir: “Vasitəçilik səylərinin tamamilə iflasa uğraması, silahlanma yarışı və atəşkəsin tez-tez pozulması şəraitində Qarabağda hərbi əməliyyatların yenidən başlanması riski daim artır”.
Amerikalı analitiklərə görə, əgər effektiv vasitəçilik səyləri göstərilməsə, atəşkəsin pozulması və yeni impuls qazanan gərginlik Qarabağ münaqişəsini yenidən alovlandıracaq. Nəticədə Cənubi Qafqazda stabillik təhdid altında qalacaq. “Bu, həmçinin ABŞ-ın iqtisadi maraqlarına və dünya neft bazarlarına da təsir göstərə bilər” – hesabatda vurğulanır. Belə ki, analitiklər yeni müharibə nəticəsində Azərbaycanın neft-qaz ixracının dayana biləcəyini istisna etmirlər.
Previous Post

Putinin hərbi kuratoru Bakıda – Kremlin iki hədəfi…

Next Post

“Türk axını”na qarşı olan ABŞ rəsmisi yenidən Bakıda

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

“Türk axını”na qarşı olan ABŞ rəsmisi yenidən Bakıda

“Türk axını”na qarşı olan ABŞ rəsmisi yenidən Bakıda

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.