Rayon rəhbəri dövlət başçısına səhiyyədəki vəziyyət barədə məlumat verdi.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Samara vilayətinin qubernatoru Dmitri Azarova regionda İİV infeksiyası ilə bağlı vəziyyətə diqqət yetirməyi tapşırıb. Rusiya lideri bu barədə Azarovun səhiyyə sahəsində vəziyyətlə bağlı məruzəsi zamanı müvafiq açıqlama verib.
Qubernator xüsusilə qeyd edib ki, Samara vilayətində səhiyyə sistemi modernləşdirilir. Onun sözlərinə görə, 2023-cü ildə 25 feldşer-mama məntəqəsinin (FAP) və uşaq yoluxucu xəstəliklər xəstəxanasının istifadəyə verilməsi planlaşdırılır.
“Əlbəttə, sizin mütəxəssisləriniz İİV infeksiyası ilə mübarizəyə diqqət yetirməlidirlər”, – dövlət başçısı göstəriş verib.
Şayəstə